Nəsib Məhəməliyevdən bayram təbriki

2020-05-23 09:06:38 / 1072 dəfə oxunub
Dəyərli dostlar.
On bir ayın sultanı, Ramazan bayramı münasibətilə, başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla, hər birinizi təbrik edirəm, uca Allahdan dualarınızın qəbul olunmasını, vətənimiz üçün əmin amanlıq arzulayıram.
Dünya əhalisinin təxminən 25%-ni müsəlmanlar təşkil edir. Hər dörd nəfərdən bir dünya insanı üçün əziz olan, 11 ayın sultanı, Ramazan,müsəlmanlar üçün sınaq, mərhəmət ayı hesab olunur. Cəmiyyətdəki statusundan, maddi vəziyyətindən asılı olmayaraq, sağlıq imkanları qənaətbəxş olan, özünü dərk edən müsəlmanlar islam normalarına uyğun oruc tutur və maksimum günah işlərdən yayınırlar. İmkanlı insanlar ay ərzində kasıblara əl tutmaqla daha çox savab işlər görməyə çalışırlar. Çünki, Ramazan ayı, oruc tutmaqla yanaşı bir çox kompleks məsələləri özündə cəmləşdirir ki, bu da cəmiyyətin mənəvi cəhətdən saflaşmasına, bütövləşməsinə xidmət edir.
Bu ilki Ramazan ayı xüsusi bir şəraitdə keçdi. Çindən başlayan koronovirus pandemiyası qısa zaman kəsiyində bütün dünya ölkələrini bürüdü. Heç kimin təsəvvür belə etmədiyi xırda bir virusun qarşısında, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən güclü ölkələri belə aciz qaldılar. Nə qədər paradoksal olsa da, əvvəllər Ramazan ayında müsəlmanları kütləvi şəkildə spirtli içkilər qəbul etməyə, qadağan olunmuş ərzaqlardan istifadədə etməyə məcbur edən islamofob qüvvələr, pandemiya dövründə kütləvi şəkildə ibadət etməyə başladılar. Adətən Ramazan ayı ərzində ölkələr arası müharibələrdə fasilələr, atəşgah elan olunardı. Ancaq təəssüflər ki, bir çox sahələrdə olduğu kimi burada da deqradasiya baş vermişdir. Yaxın şərqin müsəlman ölkələrində müharibələr səngimir. Yerli xalqların məişəti, mentaliteti ilə uzlaşmayan,süni şəkildə yeridilmiş demokratik idarəetmə sisteminin qurulması bəhanəsilə təbii sərvətləri dağıdılır, millətlər qarşı qarşıya qoyulur. Nəticədə bütöv ölkələrin dağılması ilə müşaiyət olunan qardaş qırğını baş verir, milyonlarla insan qaçqın düşür.
Təbii olaraq sadalanlar hər bir müsəlmanı düşündürməlidir. Dünyada baş verən proseslərdən doğru nəticə çıxarmaq,ölkəmizin təlükəsizliyini hər şeydən üstün tutaraq ictimai-siyasi sabitliyi qorumalıyıq. Bəzi hallarda əsil dinin mahiyyətini düzgün anlamadan, quranı oxumadan, kortəbii dini fanatizmə xidmət edən qüvvələr, ictimai siyasi sabitliyi pozmağa, xalqı mollalaşdırmağa cəhd edirlər. Hesab edirəm ki, dinin əsas vəzifəsi cəmiyyətin mənəvi saflığına xidmət etməkdir. Uzun illər ərzində islam dinini ölülər üçün, yas mərasimlərinin yola verilməsi kimi cəmiyyətə sırımışlar.
Dəyərli dostlar,
Bir daha hər birinizi bu gözəl bayram münasibətilə təbrik edir, möhkəm can sağlığı, xoşbəxt həyat arzulayıram. Uca Allahdan arzu edirəm ki, növbəti Ramazan ayını işğal olunmuş torpaqlarımızda keçirək.

Nəsib Məhəməliyev
Milli məclisin deputatı
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!