Amerika qitəsində pandemiyanın növbəti episentri

2020-05-24 08:25:09 / 952 dəfə oxunub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Amerikada yeni növ korona virusuna yoluxma hallarının sürətlə artmasını narahatlıqla izləyir. Təşkilatın Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan bu qitənin pandemiyanın yeni episentrinə çevrildiyini bildirib. Onun sözlərinə görə, qitədəki vəziyyət həyəcan doğurur, lakin qitədəki bütün ölkələr içərisində ən gərgin vəziyyət Braziliyada müşahidə olunur. Bu ölkə ötən günlərdə Cənubi Amerikada pandemiyanın yeni ocağına çevrilib.

  Rəsmi rəqəmlərə görə, hazırda Braziliya ABŞ və Rusiyadan sonra bütün dünyada ən çox yoluxma halının qeydə alındığı üçüncü ölkədir. İndiyədək bu ölkədə 310 min yoluxma və 20 min ölüm halı qeydə alınıb.

  Ekspertlərin rəyinə görə, rəsmi statistikadan kənar "kölgə rəqəmləri" daha yüksəkdir, çünki Braziliyada digər ölkələrlə müqayisədə testlər az aparılır. İndiyədək bütün Cənubi Amerika qitəsində 617 min nəfərin COVID-19-a yoluxduğu müəyyən edib, 34 mindən çox insan bu xəstəliklə əlaqədar vəfat edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!