140 nəfərdə koronavirus aşkarlandı - 101 nəfər sağaldı

2020-05-24 16:57:36 / 1062 dəfə oxunub

Azərbaycan Respublikasında 140 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Operativ Qərargahdan "Qafqazinfo"ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2607 nəfər müalicə olunaraq sağalmış, 49 nəfər vəfat etmiş, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270.739 test aparılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!