Şamaxının icra başçısından - Açıqlama

2020-05-25 18:14:08 / 1199 dəfə oxunub

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib.

"Qafqazinfo”nun məlumatına görə, T.Məmmədov AzTV-yə müsahibəsində hazırda sosial izolyasiya rejimində işlədiklərini bildirib:

"Digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür. O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!