“Kəlbəcər” restoranında karantini pozan şəxslər tutuldu

2020-05-25 18:24:57 / 1008 dəfə oxunub

Paytaxtda sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq müştərilərə saat 18:00-dan sonra da yerində xidmət göstərən daha bir restoranın fəaliyyəti polislər tərəfindən aşkar edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Məmmədəli Hacıyevə məxsus "Kəlbəcər” restoranının isanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi məlum olub.

Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektdə olan ümumilikdə 32 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətiriliblər. Bölmədə həmin şəxslərlə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə sanitar-karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb.

Həmçinin, bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla da təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə ediliblər. Həmin şəxslərin diqqətinə çatdırılıb ki, növbəti dəfə sanitar-karantin qaydalarını pozduqları təqdirdə onlar barəsində inzibati qaydada həbs qərarı verilməsi üçün barələrində toplanan materiallar məhkəməyə göndəriləcək.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!