MİLLI-MƏNƏVİ, DİNİ DƏYƏRLƏRİMİZƏ DƏRİN EHTIRAM

2020-05-26 10:23:08 / 1254 dəfə oxunub

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şamaxı rayonuna səfəri inamla öz inkişaf yolunda irəliləyən Azərbaycanın regionlarına xüsusi diqqət və qayğının nümunəsi olmaqla bərabər, quruculuq və yeniləşmə proqramlarının öz siyasi xətti üzrə davam etdiyini təsdiqləyir. Səfər zamanı istifadəyə verilən yeni obyektlər birbaşa insanların rahatlığı və sosial həyatı ilə bağlı olduğundan Cənab Prezidentin "bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır” fikrinin daha bir əməli gerçək ifadəsini görmək mümkündür.

Şamaxı Azərbaycanın qədim şərəf tarixidir, irsidir, qürur mənbəyidir, dövlətçiliyimizin uzun bir dövrünü özündə yaşadan, əks etdirən salnaməmizdir. Sivilizasiyamızın zəngin xəzinəsi olan bu tarixi diyar həm də milli-mənəvi, dini dəyərlərimizin, kimliyimizin simvolu olan zəngin tarixi abidələrlə keçmişimizi bizə xatırladır. Şamaxıdakı daş kitabələr, tarixi mənbələr dövlətçiliyimizin qızıl səhifəsidir. Bu zəngin irzimizin tədqiq edilməsində, tarixi abidələrimizin bərpa olunmasında və dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun misilsiz xidmətləri xüsusi yer tutur. Dini ziyarətgahlarımız xalqımızın qürur doğuran keçmişinə, milli–mənəvi dəyərlərinə həssas münasibətinin əyani nümunələrindəndir. Ötən əsrdə Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə dərindən bağlılığı nəticəsində ölkəmizdəki ziyarətgahlara yeni həyat verildi. Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində ziyarətgahların və dini məbədlərin yenidən qurulmasının miqyasına görə heç bir ölkə Azərbaycanla müqayisə edilə bilməz.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun isə xidmətləri müqayisəolunmaz dərəcədə hədsiz dərəcədə genişdir. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mənəvi və dini dəyərlərimizə olan xüsusi diqqəti sayəsində ölkəmizdə onlarla tarixi abidə, ziyarətgah bərpa edilib insanların istifadəsinə verilib.
Mehriban xanımın Şamaxı şəhərindəki Pirsaat Baba ziyarətgahının yenidən qurulmasındakı xidmətləri də mühüm əhəmiyyət kəsb edir. Zəlzələ zamanı divarlarında çatlar yaranan tarixi abidə, həm də müqəddəs ziyarətgah olan Pirsaat pirinin bərpası da sürətlə davam etdirilir və yaxın günlərdə tamamilə yeni görkəmdə əhalinin ixtiyarına veriləcək. Bu ziyarətgahın bərpa edilməsi Mehriban Əliyevanın müqəddəs ocağı ziyarətə gələn minlərlə zəvvara ən böyük hədiyyə, dini dəyərlərimizə ehtiramın ifadəsidir. Bu, həm də Mehriban xanımın Onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür.
Mehriban xanımın milli-mənəvi dəyərlərimizə xüsusi ehtiramının daha bir nümunəsi Pir Ömər Sultan ziyarətgahının təmir etdirilməsidir. Sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxılinin xanəgahı olan və tariximizin zəngin maddi məxəzlərindən biri olan bu abidənin öz tarixi möhtəşəmliyinin və unikal üslubunun qorunub saxlanılmaqla rekonstruksiyası müasir milli irsimizə olan dərin hörmətin ifadəsidir. Mehriban Əliyevanın təşəbbüsü ilə bərpa edilən türbə minlərlə insanın öz tarixi-dini ziyarətgahına qovuşması deməkdir. Bu, bir daha keçmişimizə, şərəfli tariximizə olan ehtişamın təntənəsi hesab edilə bilər.
Mehriban xanımın gələcəyimiz olan fidan balalarımıza sevgisi sonsuzdur. Onun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq bağçalarının tikilməsində fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Şamaxı rayonunda 2 yeni uşaq bağçasının inşası da uşaqlara dərin məhəbbətin, ən böyük qayğının nümunəsidir.

Vaqif Abdullayev
YAP Siyasi Şurasının üzvü

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!