Adil Əliyevin kölgəsindən qorxanlar...

2020-05-27 19:51:00 / 3454 dəfə oxunub

Adil Əliyev. Bu isim, bu sima çoxlarına tanışdır. İstər ictimai-siyasi xadim kimi, istər idmançı kimi, istərsə də facebbok sosial şəbəkəsində aktiv olan (profilinə özü şəxsən nəzarət edir) birisi kimi üzdə olan simadır. Hələ onun vitse-spiker seçilməsini qoyaq bir kənara onu özümüzdən birisi  kimi xarakterizə edək.  Adil Əliyevi digərlərindən fərqli edən xüsusiyyət nədir? Bu suala cavab tapmaq üçün heç də uzağa getmək lazım deyil. Şükürlər olsun ki, hamının evində və ya elə istifadə etdiyi telefonda internet var. Google axtarış proqramında Adil Əliyev yazsın və ilk qarşılaşdığı məsələ onun cəbhə bölgəsinə səfərləri olacaq.  Tale elə gətirdi ki, Adil Əliyevlə cəbhə bölgəsinə səfər edənlər arasında mən də var idim. Səhər saat 6-ya planlaşdırılmış görüşə biraz gecikmişdim. Düşündüm ki, 6 deməklə deyil ki, yəqin saat 6:30 da yola düşərik. Təyin olunan yerə çatanda səfərin təşkilatçısı kimi saat 6-dan ərazidə səfər iştirakçılarının gözlədiyini, hamıya uzun yol uçun müsbət enerji verdiyinin şahidi oldum. Səfərə çıxacaq olan hər kəslə maraqlanır, onların rahat səfər etməsi üçün əlindən gələni edirdi. Yolumuz Füzuli torpağına idi. Orada  düşmən gülləsinə tuş gələn 2 yaşlı Zəhra balamız və onun nənəsinin qəbrini ziyarət etməli, öz cəbhədə olan əsgərlərlə görüşməli idik. İlk öncə Zəhra və nənəsinin qəbrini ziyarət etdik. Görüşdə Bakıdan gedən qonaqlarla yanaşı kənd sakinləri də iştirak edirdi. Ən təəccüblü məqam isə ondan ibarət idi ki, hamısı Adil Əliyevi ayxından və ya uzaqdan tanıyır, onunla görüşməyə can atırdılar. İşin çoxluğuna, səfər proqramının gərginliyinə baxmayaraq Adil Əliyev hər bir vətəndaşla görüşür, onun dərdini dinləyir və onlara ürək-dirək verirdi. 

Ən əsas Adil Əliyev  kənd sakinlərini ruhlandırırdı. Özüdə bunu pafoslu deyil, daxildən gələn vətənpərvərlik hissi ilə, gözlərində dolub-daşan sevinc hissi ilə edirdi. Düzü onun bu hərəkəti bir jurnalist kimi diqqətimdən kənarda qalmadı... Sonrakı görüş yerimiz sərhəddə düşmənlə üz-üzə, gecə-gündüz səngərdə olaraq torpaqlarımızı qoruyan  igid əsgərlərimizlə idi. Bu görüş də iztihamlı və yadda qalan görüşlərdən oldu.  Burda isə diqqət çəkən məqam əsgərlərlə birgə etdiyimiz nahar fasiləsi oldu. Yemək növbəsində daşıdığı titullara hörmət əlaməti olaraq ona yer verən əsgərlərəetiraz edir, özü isə hamıdan sonda durub növbəsini gözləyirdi. Bu da yuxarıda sadaladığımız kimi onun daxilində olan vətənpərvərlik hissindən irəli gələn məsələ idi. Düzü başqa birisi olsa, bir az vəzifəsi, ya ya imkanları olsa özünü hamıdan önə verər, növbəsiz yeməyini götürər. Ancaq o belə etmədi...


Yazını yazmaq üçün kimdənsə xüsusi göstəriş filan almamışam və ya bu yazını da yazmıram ki, Adil Əliyevin xoşuna gəlim. Məni tanıyanlar tanıyır. Bilirlər ki, gördüyümü yazır, sözümü deməyə çəkinməyən birisiyəm. Adil Əliyevi sosial şəbəkə vasitəsi ilə, eyni zamanda Milli Məclisdəki fəaliyyəti ilə tanımışam. Hər dəfə ondan müsahibə götürmək üçün düz 2 ay yazıram, gecə-gündüz demədən, saat fərqi olmadan yazıram ki, bir müsahibə götürüm. İndiyənə kimi cəmi 3 dəfə müsahibə götürməyə nail olmuşam. Hər dəfəsində də suallarımız və danışdığımız mövzularda vətənpərvərlik hissinin aşılanması, gənc nəsilin formalaşmasında, asudə vaxtlarının səmərəli təşkilində görülən işlərlə bağlı olub. Hər görüşdə yeni-yeni ideyalar irəli sürüb. Bu ideyaların reallaşdırılması üçün yolları göstərib. Aidiyyatı qurumlara bu istiqamətdə müraciətlər edib. Bu müddətə qədər isə qaldırdığı məsələlərin bir çoxuna nail olub.  

Bəli bugün bir qurup sosial şəbəkə istifadəçisi Adil Əliyevi gözdənsalma kompaniyasına start verib. Xaricdə oturub yotube kanalının verdiyi geniş imkanlardan istifadə edib ağızlarına nə gəldi danışırlar. İndi demokratiya məsələsi girir araya. Bəli elə demokratiyanın göstəricisidir ki, bu insanlar belə bir addım atırlar. Ancaq baxaq görək bu addımlar nə dərəcədə əsaslıdır.

Danışılan məsələlər və deyilən sözlərin, atılan şər və böhtanların heç bir hüquqi əsası yoxdur. Videoları diqqətlə izləyən birisi  bilir ki, əsası söyüş və yalan üzərində qurulan videoların məqsədi paylaşım çoxaltmaq, izləyici artırmaq məqsədi ilə həyata keçirilir. Düzdü Adil Əliyevi hamı sevməyə, ona hörmət etməyə bilməz. Ancaq dostlar indiki məqamda həm daxildə həm xaricdə kifayyət qədər düşmənlərimiz var. Biz bu düşmənlərin dəyirmanına niyə su tökək ki? Üstəlik bu kompaniyanı həyata keçirəndə bir baxmaq lazım ki, bu nişan o adama uyğun gəlir ya yox? Kiçik bir araşdırma da mən özüm həyata keçirdim. Bildiyim odur ki, Adil Əliyev imanlı bir adamdır. Onun haramla, və zina ilə işi olmaz. Haqq adamıdır. Ona görə də ətrafında onu sevənlər ordusu toplaya bilib.  Onu da deyim ki, Adil Əliyevin özünümüdafiəyə ehtiyacı yoxdur. Onun etdiklərini cəmiyyətimiz görür. Elə bu üzdən də cəmiyyətin hörmətini qazanıb. Azərbaycanın elə bir yeri yoxdur ki, orada Adil Əliyevi tanımayan olmasın.

Ədil Ədilzadə

SABAHİNFO.AZ saytının baş redaktoru


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!