Əhəd Abıyevdən vətəndaş məmnunluğu

2020-05-30 11:10:10 / 3683 dəfə oxunub

Azərbaycanın dilbər güşələri çoxdur. Bu yerlərdə olmaq, oara zaman keçirmək insana xoş ovqat bəxş etməklə yanaşı mənəvi stimul verir. Bu gün söhbət açacağımız yer XOŞBULAQ yaylağıdır. Bir zamanlar yol infrastrukturunun bərbad olamsı vətəndaşların bura gəlişinə müəyyən problemlər yaradırdı. Bir çoxları bununla bağlı aidiyyatı qurumlara müraciətlər edirdi. Ancaq Daşkəsən Rayon icra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rayona rəhbər təyin olunmasından sonra bu və ya digər istiqamətlərdə kompleks tədbirlər həyata keçirildi ki, bu işlərin içində Xoşbulaq yaylağına gedən yolun təmiri də özünəməxsus yer tutur.  Qeyd edim ki, Rayon icra hakimiyyətinin təşəbbüsü ilə burada əsl yaylaq-istirahət zonası yaradılıb. Xoşbulağın mərkəzində isə gənclər-idman istirahət bazası inşa olunub. Belə bir mərkəzin tikilməsi "Azərbaycan gəncliyi Dövlət Proqramında (2005-2009-cu illər)" nəzərdə tutulmuşdu. İndi dövlətin bu tapşırığı da uğurla yerinə yetirilir. Xoşbulaqda  qaz çəkilib, rabitə, nəqliyyat sistemi bərpa olunub. Xoşbulaq gölünün kənarında yaşıl zona yaradılıb. 

 Vətəndaşlar Əhəd Abıyevdən razılıq edirlər

 Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın hər qarış torpağına doğma münasibət bəsləyir. Dövlət başçısının həyata keçirdiyi siyasətin ana xəttini Azərbaycanın inkişafı, ölkə vətəndaşının sosial problemlərinin həlli və ən əsası Azərbaycan xalqı təşkil edir. Bu baxımdan ölkə başçısının siyasətinin yerlərdə düzgün təbliği olduqca vacibdir. Bu baxımdan yerli cira hakimiyyəti başçılarının üzərinə mühüm vəzifə düşür. Ümummilli lider Heydər Əliyev siyasi xəttinin, cənab İlham Əliyevin gördüyü işlərin Daşkəsəndə təbliği olduqca uğurla həyata keçirilir. Təsadüfi deyil ki, dövlət başçısı Daşkəsənə səfəri zamanı bunu qeyd edib: "Əziz daşkəsənlilər. Çox şadam ki, bu gün sizinlə birlikdəyəm. Ağsaqqal öz çıxışında daşkəsənlilərin mənə olan münasibətini bildirdi. Mən də öz tərəfimdən demək istəyirəm ki, daşkəsənliləri sevirəm, daşkəsənliləri dəstəkləyirəm və Daşkəsənin hərtərəfli inkişafı üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm”.  Tükənməz təbii sərvətlərinə görə "Azərbaycanın Uralı" kimi tanınan Daşkəsən ölkə rəhbərliyinin həmişə diqqət mərkəzindədir.  Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Daşkəsənin dirçəlişi və sürətli yüksəlişi üçün çox mühüm tədbirlər nəzərdə tutulub və bu tədbirlər uğurla davam etdirilir. Daşkəsən dəmir filizi və Xoşbulaq fülüslük əhəng daşı ehtiyatlarından səmərəli istifadə olunması, Zəylik alunit mədəninin bərpası, Çovdar qızıl yatağının istismarı, şəhər kanalizasiya və su xəttinin çəkilişi, bir sıra məktəb binalarının təmiri və inşası ilə bağlı xeyli işlər görülüb. Görülən bu işlərin fonunda Daşkəsənlilər rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevdən razılıq edirlər. Razılıqlar isə ondan ibarətdir ki. Bu gün Daşkəsəndə sosial problemlər minimum səviyyəsinə düşüb. Yol və digər infrastruktur sahələri inkişaf etdirilib. Turizm və digər sahələrin davamlı inkişafı üçün konsepsiyalar işlənilib hazırlanıb.

 

Ən əsası Əhəd Abıyev yerli icra hakimiyyəti orqanları arasında bir ilkə imza atıb. Belə ki, bir çox icra hakimiyyəti başçılarının qəbuluna düşmək olmadığı vaxtda Daşkəsəndə gözəl ənənə yaranıb. Rayonun hər bir sakini  Əhəd Abıyevin qəbuluna rahatlıqla gələ bilir. Öz sözünü, problemini dilə gətirir.   İcra orqanları əhali ilə müntəzəm əlaqə saxlayır, yerlərdəki vəziyyət araşdırılır, təhlil edilir. Adamların qayğılarının, tələblərinin, arzu və istəklərinin öyrənilməsi üçün bölgələr üzrə müntəzəm surətdə səyyar qəbullar keçirilir, zona müşavirələri, görüşlər, açıq söhbət günləri təşkil olunur. Heç bir rəsmiyyət, inzibatçılıq olmadan, üzbəüz canlı, işgüzar söhbət başlanır. Kimin nə sözü var, buyursun, desin. Rayonun müvafiq təşkilatlarının nümayəndələrinin də iştirak elədikləri belə tədbirlərdə məsələlərin çoxu yerindəcə həll edilir. İcrası mürəkkəb olan işlər barədə isə müvafiq təşkilatlar qarşısında məsələ qaldırılır, icranın təşkilinə müntəzəm nəzarət edilir.

 

Bu qəbullarla yanaşı rayon başçısı özü bir başa hər bir kəndə gedərək sakinlərlə səyyar görüşlər keçirir. Saytımıza məlumat verən Daşkəsən sakinlərinin dediyinə görə, rayonun elə bir kəndi yoxdur ki, Əhəd Abıyev orada olmasın, vətəndaşlarla görüşməsin. Sərhəd bölgəsində, eləcə də Zağalı, Qazaxyolçular, Xoşbulaq, Qabaqtəpə, Tapan, Gəlinqaya, Astaf, Qaraqollar, Alaxançallı, Zivlən və Çanaqçı kəndlərində bu işlər uğurla davam etdirilir.

 

Daşkəsən tibb işçilərindən koronavirusla mübarizədə əzmkarlıq

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlər kimi, Azərbaycan dövləti də təxirəsalınmaz tədbirlər həyata keçirir. Prezident cənab İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu nəticələr əldə edilir.
Bu uğurun əldə edilməsində həkimlərin, tibb işçilərinin də rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə "əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.
Ölkə rəhbəri cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaqdır. Ölkə başçısının "Biz birlikdə güclüyük!” çağırışı, Birinci vitse-prezidentin ana, bacı, nənə kimi vətəndaşlarımıza çağırışlar etməsi ölkəmizdəki birliyin, həmrəyliyin, dövlət dəstəyinin təcəssümüdür, respublikamızdakı mövcud vəziyyətdə dövlət-xalq birliyini bütün dünyaya nümayiş etdirir. 
Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında çalışan həkimlər və tibb işçiləri də ölkəmizdə yaşanan bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə əsl güc, dəyanət, əzmkarlıq nümayiş etdirirlər. Vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirərək üzərilərinə düşən işin öhdəsindən gəlməyə çalışırlar.
Bildiyimiz kimi koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə intensiv iş aparır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. Həmçinin sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılır.
Koronovirusa (COVİD-19) qarşı aparılan tədbirlər çərçivəsində Daşkəsəndə 11 min nəfərdən çox sakin tibbi sorğudan keçirilmiş, 600 nəfərdən çox sakindən isə virusa görə yaxma götürülərək Şəmkir regional taun əleyhinə şöbəninin laboratoriyasına göndərilmişdir. Gündəlik olaraq əhalinin müayinələrdən və koronavirus testindən keçirilməsi həyata keçirilir.
Prezident cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanda sosial izolyasiya tədbirlərinin vaxtında görülməsi və Daşkəsən rayonunda da xüsusi karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl olunması üçün dövlətin atdığı addımlar xalqımızı daha ayıq-sayıq olmağa sövq edir. Bu tədbirlərin nəticəsidir ki, infeksiyanın yayılmasına rəvac verən bütün amillər ölkəmizdə, o cümlədən Daşkəsəndə aradan qaldırılır, profilaktik və maarifləndirmə işləri fasiləsiz davam etdirilir.
Koronavirusla mübarizədə gərgin əmək sərf edən bütün tibb işçilərinə gələcək işlərində uğurlar arzulayırıq və inanırıq ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı, həkimlərimizin, tibb işçilərimizin əzmkarlığı sayəsində ölkəmizdə bu bəla tez bir zamanda aradan qalxacaqdır.

Ədil Ədilzadə

SABAHİNFO.AZ saytının baş direktoru


Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!