Qubada koronavirusla mübarizəyə ciddi önəm verilir

2020-05-31 20:06:18 / 829 dəfə oxunub

Dünyanı cənginə alan və gündəm mövzusu olan koronavirusla mübarizə sahəsində Azərbaycan təcrübəsi həm yerlərdə həm də beynəlxalq qurumlar tərəfindən təqdir olunur. Ölkə miqyasında həyata keçirilən işləri hər bir ölkə vətəndaşı bilir, bu işlərdən agahdır və ən azından bu tədbirlərdən yayalanıb. Bu gün regionlarda koronavirusla bağlı işlər isə cəmiyyətin diqqət mərkəzində olan məsələdir. Şimalda yerləşən Quba rayonunda bu istiqamətdə görülən işlərlə bağlı kiçik araşdırma apardıq. Araşdırma zamanı məlum oldu ki, Qubada bu istiqamətdə həyata keçirilən işlər davamlı və planla həyata keçirilir.

 İcra Hakimiyyəti kollektivindən Prezidentin çağırışına dəstək

İlk öncə onu qeyd edim ki, Quba Rayon İcra Hakimiyyətinin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək təşəbbüsünə qoşulublar. İcra Hakimiyyətindən  verilən məlumata görə, aparatın əməkdaşları koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış situasiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam dəstəyini ifadə ediblər. Quba Rayon İcra Hakimiyyətinin başçısı və aparatının əməkdaşları bir aylıq əməkhaqqını könüllü şəkildə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Rayonun hər bir vətəndaşı dioqqət mərkəzində

Bütün dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə, xüsusi karantin rejiminin tələblərinə əməl olunması və bu dövrdə aztəminatlı vətəndaşlara köməklik göstərilməsi istiqamətində Quba rayonunda da geniş miqyaslı kompleks tədbirlər həyata keçirilməkdədir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq olunması barədə müvafiq qərarının tələblərinin rayonda əhatəli qaydada icrası məqsədilə Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə rayon qərargahı yaradılmışdır. Xüsusi karantin rejminin tələblərinin əhali arasında geniş təbliğ olunması məqsədilə mobil qruplar yaradılmış, Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və digər aidiyyəti şəxslər tərəfindən müvafiq qaydaların əhaliyə düzgün çatdırılması məqsədilə gündəlik maarifləndirmə və izahat işləri aparılmış, rayon sakinlərinin evdə qalmaları ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Bu dövrdə rayonumuzda həyata keçirilən tədbirlərdə könüllülər yaxından iştirak etmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Biz birlikdə güclüyük” çağırışına qoşularaq minlərlə aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkilmiş onlara Heydər Əliyev Fondu, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Rayon İcra Hakimiyyətinin,  "ASAN Könüllüləri" Təşkilatının,  Quba Gənclərin İnkişaf və Karyera mərkəzinin eləcə də bir sıra digər təşkilatların və xeyriyyəçilərin xətti ilə könüllülər tərəfindən yardımlar göstərilmiş və hazırda da xeyriyyəçilik aksiyaları davam etməkdədir.
24 aprel 2020-ci il tarixdə Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankının Quba bölməsində "Könüllü donor” aksiyası çerçivəsində könüllü qanvermə aksiyası keçirilmiş, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak etmişlər.
6 və 8 may 2020-ci il tarixlərdə Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ahıl yaşda olan Böyük Vətən müharibəsi veteranları Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin könüllüləri tərəfindən ziyarət edilmişdir.
"Böyüklərimizi qoruyaq!” devizi altında rayonumuzun könüllüləri onlarla tənha ahılların yaşadığı ünvanlara baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsllarından ibarət bağlamaların çatdırılmasında kömək göstərmişlər.
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış "Könüllülər” teatrı tərəfindən karantin dövründə onlayn tamaşalara hazırlıqlar aparılmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən pandemiya dövründə elan olunmuş "Evdə qal, evdə yarat”, "Evdə qal, kitab oxu” və s. layihələri çərçivəsində Quba rayon Mərkəzləşmiş kitabxana sisteminin könüllüləri sosial şəbəkələrdə oxucuları həmin layihələrdə fəal iştirak etməyə dəvət etmişlər.
Xüsusi karantin rejimi dövründə Rayon İcra Hakimiyyəti, o cümlədən müxtəlif təşkilatlar və könüllülər tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirmə işləri aparılır, pulsuz antiseptik vasitələr və  qoruyucu tibbi maskalar paylanılır.



Ədil Ədilzadə

SABAHİNFO.AZ saytının baş direktoru


Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!