"İnsanlar məsuliyyətlərini gözardı etməməlidirlər"

2020-06-01 04:03:46 / 993 dəfə oxunub
Dünyanı bürüyən COVİD19 pandemiyası ilə bağlı Azərbaycan dövlətin ortaya qoyduğu təxirəsalınmaz tədbirlərə baxmayaraq, yoluxma halları 5246  çatıb.
Təkcə ötən gün virusa yoluxanların sayı 250 dən artıq olub.Bu da əhalinin müəyyən edilən qaydalara  əməl etməməsindən irəli gəlir.
Milli Məclisin üzvü Əlabbas Salahzadə bununla bağlı müxbirimizə bildirib ki, son bir neçə gündə ölkə ərazisində virusa yoluxma hallarında kəskin artım ürəkaçan hadisə deyil: " Çox təssüflər olsun  Operativ Qərargahın bəyan etdiyi qaydalar bir çox insanlar tərəfindən pozulmaqdadı.Bunun da nəticəsində virusa yoluxma halları belə kəskin şəkildə artımla müşayyət olunduğuna şahid oluruq.Hər bir vətəndaşımız  qaydalara mütləq əməl etməlidirlər.Bu həm onların özləri,eyni zamanda da ailə fərdlərinin sağlam qalmaları,virusa yoluxmamaları üçün vacibdi" .Əlabbas Salahzadə vurğulayıb ki,Azərbaycan Respubliksının prezidenti Cənab İlham Əliyev,eyni zamanda ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində əhalinin virusa yoluxmaması üçün bütün zəruri tədbirlərin alınması üçün səyləri danılmazdı: "Bildiyiniz kimi  bu ilin yanvar ayından başlayaraq Cənab prezidentin təşəbbüsü ilə Azərbaycan hökuməti yanında müvafiq komisiya yaradıldı.Eyni zamanda Baş nazirin rəhbərliyi ilə Operativ Qərargah 24saat fəaliyyət göstərir.Daxili işlər,Fövqaladə Hallar,TƏBİB və digər məsul dövlət qrumları OQ çərçivəsində əhalinin təhlükəsizliyi istiqamətində çalışmaqdadır.Dövlətimiz virusa yoluxan vətındaşların sağalma prosesini dünyanın ən son tibbi sistemlərindən istidadə edərək,ən yüksək səviyyətə təmin olunan xəstəxanalarda həyata keçirir.Labaratoriyaların təşkili,analizlərin vaxtında yoxlanılması Dünya Səhiyyə Təşkilatı tərəfindən belə yüksək qarşılanıb.Amma bir daha deyirəm,bu qədər yüksək səviyyədə işlərin görülməsinə baxmayaraq,insanlarda bir məsiliyyıtsizlik hiss olunmada.Ona görə də insanlarımız görülən işləri,alınan önləyici tədbirləri diqqətə mütləq almalıdırlar".
Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!