“Uşaqlar bizim gələcəyimizdir və biz bu gələcəyi layiqincə qorumalıyıq”

2020-06-01 12:54:00 / 1849 dəfə oxunub

Milli Məclisin deputatı Əlabbas Salahzadə 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə bağlı açıqlama verib. Qeyd edib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması hökumətin prioritet sahələrindən biridir. Ölkə başçısı cənab İlham Əliyevin müfaviq sərəncamları ilə uşaq hüquqlarının qorunması işi yüksək səviyyədə təşkil olunmuşdur: "Bildiyiniz kimi BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə əlaqədar Azərbaycanda "Uşaq hüquqları haqqında” qanunun qəbul edilməsi ilə bağlı ötən illər ərzində milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilmişdir. Hazırda ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş onlarla Dövlət Proqramı həyata keçirilməkdədir. Təsadüfi deyildir ki, dünyada hökm sürən qlobal iqtisadi böhran fonunda Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ili "Uşaq ili” elan etmişdir. Bu, dövlət başçısının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısının nəticəsidir. Uşaqlar cəmiyyətimizin ən zərif hissəsidir. Onlara uşaqlıqda göstərilən qayğı və məhəbbət gələcək fiziki sağlamlığın, mənəvi saflıq və zənginliyin rəhni kimi qəbul edilir. Azərbaycan cəmiyyəti tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olmuşdur. Bu gün uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır”.

Əlabbas Salahzadə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan da danışıb. Bildirib ki, Mehriban xanım hər zaman uşaqlarla bağlı məsələlərə həssaslıqla yanaşır və onun bu hərəkəti cəmiyyət tərəfindən yüksək dəyərləndirilir: "Azərbaycanda təhsilin inkişafı, gənclərimizin sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan bu sahədə fondun təşəbbüsü ilə həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir başa təşəbbüsü ilə uşaqlarla bağlı bir sıra genişmiqyaslı layihələr həyata keçirilib və bu layihələr bu gün də davam etdirilir. "Yeniləşən Azərbaycana yeni məktəb” proqramları və "Təhsilə dəstək”, "Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini misal çəkə bilərik. Bununla yanaşı Heydər Əliyev Fondu tərəfindən ölkəmizdən kənarda yaşayan uşaqlar üçün də bir sıra layihələr həyata keçirilir. Mehriban xanım Əliyeva uşaq evlərini ziyarət edir. Orada yaradılan şəraitlə yaxından maraqlanır, xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkir”.

Millət vəkili "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbulunu bu sahədə zəruri olan məsələlərin həllində müstəsna rol oynadığını deyib. Ə.Salahzadə beynəlxalq ictimayyətin düşmən gülləsinə tuş gələrək qətilə yetirilən uşaqların hüquqlarını qorumamaqda ittiham edib: "Ermənistanın Azərbaycana təcavüzünün nəticəsində minlərlə uşağın hüquqları pozulub və pozulmağa davam edir. Bu gün Ermənistanın Azərbaycana təcavüzündən əziyyət çəkən xeyli sayda uşaq var. Əgər dünya uşaqlar günündən danışırıqsa, dünya birliyi bu məsələdə susmamalıdır. Ermənistanın təcavüzü nəticəsində uşaq hüquqlarının kobud şəkildə pozulması faktı gözdən qaçmamalıdır. Lakin dünya birliyi bu məsələdə nəyəsə görə susur. Ötən illərdə erməni gülləsinə tuş gələn 2 yaşlı Zəhra balamızın və digər azyaşlı uşaqların ölümü ilə bağlı beynəlxalq ictimayyət Ermənistana qarşı hər hansı sanksiya tətbiq etməyib. Milli Məclisdə olan həmkarlarımız beynəlxalq tribunalarda bunu dəfələrlə səsləndirməsinə baxmayaraq sözügedən qurumlar bu məsələyə laqeyid yanaşırlar ”.


Ədil Ədilzadə

SABAHİNFO.AZ




Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!