Bakı metrosunda polislə sərnişin arasında dava düşdü - YENİLƏNİB + VİDEO

2020-06-02 14:56:43 / 1109 dəfə oxunub

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metropolitendə qeydə alınan hadisəyə münasibət bildirib.

Qurum rəsmisi Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə mayın 31-də metronun "Qara Qarayev” stansiyasında baş verib:

"Hadisə ilə bağlı qatar stansiyadan gec tərpənib. Bununla bağlı qatarların hərəkətində yubanma olub”.

12:00

Bakı metrosunda polislə sərnişinarasında mübahisənin təfərrüatı bilinib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib.

Sərnişinlə polis arasında yaşanan dava səbəbindən qatarın stansiyadan hərəkətinə icazə verilməyib. Ümumilikdə, qatarların intervalında üçdəqiqəyə qədər gecikmə olub.

Polis əməkdaşları tərəfindən qatardan çıxarılan şəxs barəsində isə İnzibati Məhkəmə tərəfindən qərar çıxarılıb.

11:46

Bakı metrosunda polislə sərnişinarasında mübahisə yaranıb.

Oxu.Azxəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Paylaşım edən şəxs hadisənin ötən gün "Qara Qarayev”stansiyasında baş verdiyini qeyd edib.

İddiaya görə, metronun "Qara Qarayev”stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaranıb.

Videogörüntüdə iki polis əməkdaşının sərnişinlərdən birini qatardan çıxarmağa çalışdığı əks olunub. Polisin hansı səbəbdən sərnişinlə mübahisə etməsi və onu qatardan çıxarmağa çalışması məlum deyil.

İlkin məlumata görə, sərnişin platformada olarkən tibbi maskadan istifadə etməyib. Polis əməkdaşı ona yaxınlaşaraq, profilaktik söhbət aparıb,onun karantin qaydalarına riayət etməsini xahiş edib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!