Azərbaycanda koronavirusa yoluxan işçilərə görə xəstəxana bağlanıb? - RƏSMİ AÇIQLAMA

2020-06-02 15:23:56 / 3193 dəfə oxunub

Bərdə rayonunda yerləşən Regional Diaqnostika Mərkəzinin fəaliyyətini bir neçə günlük dayandırdığına dair məlumatlar yayılıb.

Oxu.Azxəbər verir ki, iddialara görə, səhiyyə müəssisəsinin fəaliyyətini dayandırmasına orada çalışan üç tibb işçisinin koronavirusa yoluxması səbəb olub.

Onların Goranboy rayonunda koronaviruslu xəstələrə yardım göstərərkən yoluxduğu bildirilir.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə ƏliyevaOxu.Az-a açıqlamasında bildirib ki, bu,tibb müəssisəsində kimlərinsə virusa yoluxması ilə bağlı olmur:

"Biz daha əvvəl də bildirmişdik ki, tibb müəssisələrinin fəaliyyətlərində bir neçə günlük məhdudiyyətlərin olması həmin müəssisələrdə aparılan dezinfeksiya tədbirləri ilə bağlı ola bilir.

Bu isə ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində aparılan tədbirlərə uyğundur. İstər paytaxt ərazisində, istərsə də regionlarda hər hansı tibb müəssisələrinin bağlanmasını sırf yoluxma halları ilə bağlamaq doğru deyil.

Bununla bağlı daha əvvəl də açıqlamalar verilib. Tibb müəssisələrinin dezinfeksiya tədbirləri ilə bağlı bir neçə günlük bağlanması kimi məqamlar ola bilər”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!