Deputat Aqil Məmmədov:“Köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması cənab Prezidentin Azərbaycanın hər bir vətəndaşına verdiyi dəyərdir”

2020-06-03 10:38:01 / 890 dəfə oxunub

Milli Məclisin deputatı Aqil Məmmədov SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində koronavirusla mübarizə sahəsində görülən işlər, vətəndaşların üzərinə düşən məsuliyyətdən danışıb. Deputat həmçinin qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən sosial proqramlara toxunub.

- Aqil müəllim? koronavirus pandemiyası ilə bağlı Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı işlər həyata keçirilir. Artıq Azərbaycan təcrübəsi bir sıra ölkələrdə tətbiq olunur. Ancaq son günləri statiskikası heç də ürək açan deyil. Bu barədə nə düşünürsünüz?

-Koronavirus pandemiyası təəssüf ki, hələ də təhlükə mənbəyi olaraq qalır. Çünki, hələ də bu virusa qarşı peyvənd tapılmayıb. Cənab Prezident İlham Əliyevin üzaqgörən, təxirəsalınmaz qərarları və tapşırıqları sayəsində virusa qarşı ölkəmizdə effektiv mübarizə aparılır və müsbət nəticələr əldə olunub. Proses bu gün də davam edir. Hökumət vətəndaşların sağlamlığı və rifahı üçün əlindən gələni əsirgəmir. Son günlərin statistikası ürəkaçan səviyyədə deyil. Burada da əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Çünki vətəndaşlar "sosial izolyasiya” qaydalarına əməl etmirlər. Ara məsafəsi, maskalardan istifadə ilə bağlı problemlər var. Vətəndaşlarımız  bilməlidir ki, koronavirus təhlükəsi hələ sovuşmayıb. Bu virusun yayılmaması üçün hər bir vətəndaşın ümdə vəzifəsi, məsuliyyəti var. Bu da tətbiq olunan karantin qaydalarına əməl etməkdən keçir. Biz Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etdik. Maskadan istifadə etməməyə görə bağlı cərimələr müəyyənləşdirildi. Heç kim istəməz ki, vətəndaş cərimələnsin. Amma bu, məcburi tədbir kimi ortaya çıxıb. Ümid edirəm ki, vətəndaşlarımız həm maskadan istifadə edəcək, həm də digər gigiyenik qaydalara riayət edəcəklər.

- "Qobu Park-3” kompleksi istifadəyə verildi. Məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlətin həyata keçirdiyi tədbirləri necə dəyərləndirirsiniz?

- Qarşılaşdığımız işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Hökumət hər il bu qəbildən olan insanların sosial problemlərinin həlli istiqamətində mühüm işlər görür. Onların mənzil şəraitinin yaxşılaşdıırlması, məşğulluq və digər sahələrdə olan çatışmamazlıqlar aradan qaldırılır. Cənab Prezidentin yürütdüyü siyasətin prioritet sahələrindən biri də qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bir vaxtlar vaqonlarda, yataqxanalarda ağır durumda yaşayan köçkünlər artıq dövlət tərəfindən tikilən, təmirli evlərdə yaşayırlar. Dünya təcrübəsində belə bir nümunə yoxdur. Bu cənab Prezidentin Azərbaycan xalqına, Azərbaycanın hər bir vətəndaşına verdiyi dəyərdir. Buna görə, bir kəlbəcərli kimi mən də öz növbəmdə cənab Prezidentə təşəkkür edirəm. Cənab Prezidentin göstərişinə əsasən ölkəmizdə bu il 7 mindən çox mənzilin tikilib məcburi köçkünlərə verilməsi nəzərdə tutulub. Şəmkir rayonunda da bu məqsədlə 7 hektar torpaq sahəsi ayrılıb və dövlət proqramına uyğun olaraq yaxın zamanda ağır şəraitdə, xüsusilə məktəb binalarında məskunlaşmış köçkün ailələri yeni mənzillərlə təmin ediləcək.

-Seçicilərinizlə görüşləriniz, onların problemləri ilə bağlı atdığınız addımlar barəsində nə deyə bilərsiniz?

-Karantin rejiminin qadağalarına uyğun olaraq seçicilərlə təmaslarımızı davam etdiririk. Hazırda görüşlərimiz adətən onlayn təşkil edilir. İmkan olduqca seçicilərimizlə birbaşa görüşlər də keçiririk. Kəlbəcər köçkünləri içərisində də hələ mənzil problemləri olanlar var. Eyni zamanda bir sıra sosial problemlər də mövcuddur ki, bu problemlərin həlli üçün aidiyyatı qurumlarla iş aparırırıq. Bildiyiniz kimi Milli Məclisdə aparılan islahatlar nəticəsində yeni şöbələr yaradılıb. Bunlardan biri də də icra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsidir. Biz görüşlərə gedəndə rayon icra hakimiyyətinin nümayəndələri də görüşdə iştirak edir. Və problemlər barədə əyani şəkildə məlumatlanırlar. Bütün bunlar isə mövcud problemlərin daha qısa zamanda həll olunmasına şərait yaradır.

-Milli Məclisin yaz sessiyası başa çatdı. Ümumən VI çağırış Milli Məclisin deputatı kimi parlamentin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

-Milli Məclisin ümumi fəaliyyətinə mənim qiymət verməyim düzgün olmazdı. Onu deyə bilərəm ki, hörmətli sədr Sahibə xanım Qafarova həm sessiyaların təşkilində, həm deputatlarla münasibətdə yeni bir sistem formalaşdırıb. Bu da Milli Məclisin daha səmərəli fəaliyyətinə öz təsirini göstərir. Düşünürəm ki, parlament yaz sessiyasında kifayət qədər məsuldar işlədi, sessiya müddətində çoxsaylı əhəmiyyətli qanunlar qəbul olundu. Eyni zamanda bir sıra qanunlara əlavə və dəyişiklər edildi, yeni tərkib formalaşdı. Bütün bunlar qarşıdakı müddət ərzində Milli Məclisin daha çevik bir oqran kimi fəaliyyətinə stimul verəcək.

 

Ədil Ədilzadə

SABAHİNFO.AZ saytı


Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!