Oqtay Əsədov və Fəttah Heydərov Milli Məclisə niyə gəlmir? - AÇIQLAMA

2020-06-04 10:05:59 / 828 dəfə oxunub

"Deputatlarla bağlı İntizam Komissiyasına heç bir şikayət daxil olmayıb.Hər şey qaydasındadır”.

Bu fikirləri Modern.az-a Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Komissiya sədri yaşı 65-dən yuxarı olan deputatlar Oqtay Əsədov və Fəttah Heydərovun parlamentin iclaslarına qatılmamasına da aydınlıq gətirib:

"Hesab edirəm ki, indiki şəraitdə bu məsələnin müzakirə edilməsi doğru deyil. Bildiyiniz kimi, ölkəmizdə iyunun 15-dək karantin rejimi uzadılıb. Həmçinin, yaşı 65-dən yuxarı olan insanlara evdən çıxmamaq tövsiyə edilib.

Ona görə də Oqtay müəllimin və Fəttah müəllimin iclaslara qatılmamasını ümumi qaydalara uyğun qəbul etmək lazımdır. Hətta mən də parlamentin iclasına qatılmaya bilərəm. Burada qəbahət yoxdur. Ölkədə karantin rejimi davam edir”.

Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!