Süleyman İsmayılbəyli: "Sərt tədbirlərin görülməsinə ehtiyac var"

2020-06-04 14:34:43 / 1351 dəfə oxunub
"Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində həftə sonları bir sıra sərt tədbirlərin həyata keçirilməsi təşəbbüsünün irəli sürülməsi və belə bir addımın atılmasının qaçılmazlığı vətəndaş məsuliyyətsizliyindən irəli gəldi. Çünki karantin qaydalarının yumşaldılmasından vətəndaşlarımız sui-istifadə etdilər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli səsləndirib. O, bildirib ki, məhz bu məsuliyyətsizlik və yumşaldılma prosesindən sui-istifadə ölkədə koronavirus infeksiyasına yoluxanların sayının artmasına gətirib çıxartdı: "Bir gün ərzində 325 nəfərin virusa yoluxması və 5 nəfərin vəfat etməsi kifayət qədər böyük rəqəmdir və təhlükənin nə qədər ciddi olduğunu deməyə əsas verir. Halbuki karantin qaydaları zamanı Azərbaycanda gündəlik virusa yoluxanların sayı ikirəqəmli idi. Bu da ondan irəli gəlir ki, vətəndaşlarımız tətbiq edilən qaydalara əməl etmir, ətrafımızda olan təhlükəyə ciddi yanaşmırlar". MVP rəsmisi onu da deyib ki, dövlət başçısı Cənab İlham Əliyev nümunəvi davranış nümayiş etdirib son Tərtər və Ağcabədi rayonlara səfəri zamanı keçirdiyi görüşlərdə qoruyucu maskalardan istifadə etsə də, lakin bəzi vətəndaşlarımız bu qaydaya əməl etmirlər: "Əvvəl etiraz edirdilər ki, maska tapılmır, apteklərdə maska qıtlığı var. Azətbaycan dövləti və dövlət başçısı Cənab İlham Əliyevin  bu istiqamətdə atdığı müvafiq addımlar, verdiyi tapşırıq və tövsiyələr, eləcə də görülən təxirəsalınmaz tədbirlər nəticəsində qoruyucu maska istehsal edən müəssisə istifadəyə verildi və indi apteklərdə asanlıqla qoruyucu maska tapmaq olur. Belə olan halda, nə üçün qaydalara əməl edib həm özümüzü, həm də ətrafımızı qorumuruq?. Yuxarıda da qeyd etdiyim kimi, bu da yalnız məsuliyyətsislikdən irəli gəlir. Ona görə də vətəndaşlarımızın məsuliyyətli davranması, onları buna sövq etmək üçün əlavə addımların atılmasına, sərt tədbirlərin görülməsinə ehtiyac var". Süleyman İsmayılbəyli deyib ki, həftə sonları ictimai və fərdi nəqliyyat vasitələrinin, eləcə də insanların hərəkətinə məhdudiyyət tətbiq edilməsi doğru seçimdir: "Çünki vətəndaşlarımız həftə sonları istirahət günlərindən yararlanmaq üçen gəzintiyə çıxır, qonaq gedir və s. Bu da istər-istəməz küçə və meydanlarda, parklarda, restoran və kafelər, istirahət mərkəzlərində qələbəlik yaradır, xəstəliyin yayılması riskini artırır. Ona görə də hesab edirəm ki, həftə sonları insanların hərəkətinə məhdudiyyətlərin qoyulması doğru qərardır. Qardaş Türkiyədə bu təcrübə işə yaradı və bundan faydalanmaq məqsədəuyğundur.  Bu bəlanı tamam aradan qaldırdıqdan sonra vətəndaşlarımız hara istəyir getsinlər. Ancaq olsun ki, bu qısa müddətdə dözümlü olaq, dövlətin, hökumətin qərarlarına əməl edib özümüzü, ətrafımızı qoruyaq".
Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!