Rüfət Quliyev seçiciləri ilə bağlı planlarından danışdı

2020-06-05 00:51:13 / 2593 dəfə oxunub
Milli Məclisin deputatı, professor Rüfət Quliyev seçicilərinin məşğulluq məsələləri ilə əlaqədar kompleks tədbirlərə start verib. Bu barədə SABAHİNFO.AZ saytına məlumat verən deputatın sözlərinə görə, 3 istiqamətdə həyata keçiriləcək iş lənkəranlıların, o cümlədən seçicilərinin müəyyən hissəsini əhatə edəcək. Rüfət Quliyev sözügedən istiqamətlər barəsində geniş məlumat verib: "Azərbaycan Respublikasının möhtərəm prezidenti Cənab İlham Əliyevin dövlət tərəfindən əhaliyə göstərilən sosial xidmətlərin fəaliyyət sahəsinin genişləndirilməsi haqqında tapşırıq və tövsiyələrinə uyğun olaraq Lənkəran rayonunda "ASAN xidmət" mərkəzinin tikintisi üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən rayonun Qurumba kəndi ərazisində 2 hektar torpaq sahəsi ayrılıb. Burada "ASAN xidmət"in inzibati binasının, sosial infrastruktur obyektlərin tikintisi nəzərdə tutulur. Tikinti işlərinin 1 il yarım ərzində yekunlaşdırılması gözlənilir. Cari ilin may ayının 18-də tikintini həyata keçirəcək şirkətin rəhbərliyi ilə birlikdə Lənkəranda oldum və tikinti aparılacaq əraziyə birlikdə baxış keçirdik. Hazırda obyektin tikintisinə zəruri avadanlqılar gətirilib və tikinti işləri başlanılıb. Tikintidə işləyənlər əsasən lənkəranlılar olacaq. İşçilərin nəqliyyatla, nahar yeməyi ilə və zəruri təhlükəsizlik əşyaları ilə təmin olunması haqqında şirkət rəhbərliyi ilə ümumi razılığa gəlmişik. Təklif vermişəm ki, tikinti materialları əsasən yerli materiallardan olsun. Astara və Lerik rayonlarının da əhalisi "ASAN xidmət"dən faydalanacaqlar. Buna görə də, bu rayonların əhalisi Cənub zonasına gösrətdiyi qayğıya görə, möhtərəm Prezidentə öz minnətdarlıqlarını bildirirlər".
Lənkəran regionu üçün spesifik olan turizm sahəsi üzrə də proqram hazırlandığını deyən deputat qeyd edib ki, Lənkəranda artıq bir neçə otel tikilib. Bu otellərdə işləmək üçün xidmət heyyətinin hazırlanması da gündəmdədir. Bu məqsədlə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Məşğulluq Xidməti, Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzi, Hotellər və Restoranlar Assosasiyası və həmçinin mən ümumi razılığa gəlmişik ki, xidmət kadrlarının hazırlanması üçün Lənkəranda kurslar təşkil edək. Nəzərdə tutulub ki, bu kurslar nəzəri və praktiki bölümlərdən ibarət olacaq. Lənkəran rayon Məşğulluq Mərkəzinin seçdiyi və işsiz statusu olan şəxslər kurslara cəlb olunacaq. Bu şəxslər müsabiqə yolu ilə seçiləcək. Kursları Bakıdan gələn təlimçilər və ekspertlər aparacaqlar. Kursların nəzəri hissəsi
həmişə belə xeyirxah işlər üçün açıq olan deputat ofisimizdə, praktiki hissəsi isə nəzərdə tutulmuş hotel və restoranlarda həyata keçiriləcək. Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da hökm sürən koronavirus pandemiyası ilə əlaqədar kurslarının müdavimlərinin sayında məhdudiyyətlər olacaq və "9+1” prinsipi əsas götürüləcək. Kurslarda masa xidmətçiləri, aşbaz və aşbaz köməkçiləri, xadimə və şirniyyatçılar hazırlanacaq. Birinci növbədə bu qəbildən olan 20 mütəxəsisin hazırlanması planlaşdırılır. Bu kursların növbəti mərhələləri də olacaq. Kursları uğurla bitirənlərə müvafiq sertifikatlar veriləcək və onların işlə təmin olunmaları üçün zəruri addımlar atılacaq. Prosesə hazırlıq işləri aparılır. Kurlarda iştirak edənlərə minimum əmək haqqı məbləğində vəsait verilməsi də nəzərdə tutulur. Kursları uğurla bitirənlərə müvafiq sertifikatlar veriləcək.
Eyni zamanda deputat vurğulayıb ki, Lənkəran Peşə Litseyi ilə də sıx əlaqələr mövcuddurş Hazırda litseydə 12 ixtisas üzrə kadrlar hazırlanır. Və gələcəkdə bu istiqamətlərin sayının artırılması xüsusilə tikinti sahəsi mütəxəsislərinin, hotelçilik sahəsində işçilərin yetişdirilməsi də diqqət mərkəzindədir.
Bir sözlə deputatın sözlərindən aydın şəkildə bilindi ki, o lənkəranlıların məşğulluğu üçün var qüvvəsi ilə çalışır və bu işi öz deputatlıq fəaliyyətinin əsas tərkib hissələrindən biri sayır.

Ədil Ədilzadə
SABAHİNFO.AZ

Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!