Mixail Zabelin:"Hansısa qüvvələr Azərbaycan xalqının bu virusa yoluxmağında çox maraqlıdır" - MÜSAHİBƏ

2020-06-11 09:24:02 / 6365 dəfə oxunub
Milli Məclisin deputatı Mixail Zabelin SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

-Mixail müəllim bugün Azərbaycanda COVID-19 pandemiyası ilə bağlı davamlı işlər görülür. Cənab prezidentin rəhbərliyi altında görülən işlərin müsbət nəticələri var. Bu yöndə sizin fikirləriniz bizim üçün maraqlıdır.

-Salam Ramilə xanım,İlk öncə onu bildirim ki Sizinlə və Sabahinfo izləyiciləri ilə görüşməyimə çox şad oldum. Sizin sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki,bu covid19 pandemiyası bütün dünyanı öz cənginə alıb.Biz hamımız görürük ki,bu virusla mübarizə üçün Azərbaycanda necə qabaqlayıcı və qoruyucu tədbirlər görülür. Mən bu gün Azərbaycanda Maska istehsalı və ya İctimai yerlərdə hər kəsin maskadan istifadə etmələri,Operativ Qərargahın tələbləri barədə danışmayacam. Danışacağım mövzü çox vacib və xalqımızın təhlükəsizliyi üçün önəmli olan bir mövzüdur. Məni bu günlərdə ən çox təəccübləndirən bir məsələ var.Sosial şəbəkələrdə bəzi vətəndaşlarımız var ki,öz sağlamlıqlarından başqa öz doğmalarının,qohumlarının,dostlarınında sağlamlığını öz məntiqsiz paylaşımları ilə təhlükə altına atırlar.Bəziləri paylaşımlarında yazaraq iddia edirlər ki,maska bu xəstəlikdən qorunmaq üçün yetərli deyil və ya Ölkədə bu xəstəliklə mübarizə üçün daha az tədbirlər görülür.Hətta elələri də var ki belə bir virusun olmadığını iddia edirlər. Bu cür insanların bəziləri bunu savadsızlıqdan,bilməməzlikdən idda etdiyi halda,bəziləri isə bilərəkdən bu kimi paylaşımlar edərək cəmiyyəti dövlətin verdiyi qərarlara qarşı çıxarmağa çalışırlar. Hər gün rəsmi qaydada ictimaiyyətə bu virusa yoluxan,sağalan və dünyasını dəyişənlər barədə rəsmi məlumatlar açıqlandığı halda nə cür bu virusun mövcüdluğuna inanmamaq olar?! Biz Rusiyada yoluxan,sağalan və həlak olanlarla özümüzü müqayisə etməyək. Gəlin Ermənistana bir nəzər yetirək. Ermənistanın əhalisinin Azərbaycan əhalisindən 3 dəfə az olmasına baxmayaraq yoluxma və həlak olma sayı 3 dəfə çoxdur.Hətta Paşinyanın və ailəsinin belə bu virusa yoluxduğu bildirilir. Azərbaycan prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevə bu günlərdə Xalqı qorumaq üçün bütün qabaqlayıcı tədbirlər görərək insanları bu bəladan xilas etməyə çalışırlar. Bu yaxınlarda sosial şəbəkələrdə yazırlar ki," nə üçün Millət Vəkilləri "qoruyucu maskalardan" istifadə edirlər,axı o maskalar insanın nəfəs almağı üçün çətinlik yaradır". Çox təəssüf hissi ilə bildirirəm ki,hansısa qüvvələr Azərbaycan xalqının bu virusa yoluxmağında çox maraqlıdır. Mən burdan demək istəyirəm ki,nəyin ki Millət vəkilləri,bütün hər kəs bu maskalardan istifadə etməli və özlərini,yaxınlarını,doğmalarını qorumalıdırlar.Belə bir misal var:"Özünü qoruyanı Allahda qoruyar" Qoruyucu Maskalardan istifadə etməyənlər Cərimələnir. İnsanlar narazıdırlar ki,cərimələr məbləği böyük olduğundan ödəyə bilmirik. Mən bildirmək istəyirəm ki,dövlətin marağı o cərimələrlə dövlət büdcəsini doldurmaq deyil!Cərimə qayda pozuntusu etməmək üçündür.Lakin burda qayda-qanundan yox Xalqın sağlamlığından söhbət gedir.Və kimsə cərimələnmək istəmirsə mütləq şəkildə "qoruyucu maskadan" istifadə etməlidir. Bu barədə artıq dəfələrlə cənab prezident İlham Əliyev,Birinci vitse-prezident Mehriban Əliyeva xalqa müraciətlərində özünüzü,doğmalarınızı qoruyun,səhlənkarlıq etməyin, "gəlin bu virusa bir yerdə qalib gələk" deyə bildiriblər. Karantin rejimi hər birimiz üçün can sıxıcıdır,buna görədə özümüzü qoruyaraq bu virusa qalib gəlməliyik.

-Qaçqın, məcburi köçkün və şəhid ailələri üçün yeni yaşayış evləri istifadəyə verildi. Bunun fonunda ölkədə həyata keçirilən sosial siyasət barəsində nə deyə bilərsiniz?

-Çox təəssüf hissi ilə qeyd edirəm ki,Torpağlarımızın 20%-i erməni silahlı qüvvələrinin işğalı nəticəsində insanlarımız öz ellərindən qaçqın və məcburi köçkün düşdülər. Yadıma gəlir ki, bir vaxtlar insanlar palatkalarda,şəraitsiz yaşamağa məcbur idilər.Lakin dövlətimizin və ölkə başçımızın onlara göstərdiyi qayğı nəticəsində bu günlərdə şükürlər olsun ki bu problemlər aradan qalxmışdır.Neçə-neçə ailələr tam şəraitli mənzillərlə təmin olunmuşdur. Bu yaxınlarda cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qaçqın və məcburi köçkünlər üçün tikilmiş "Qobu Park-3" yaşayış kompleksinin açılışında iştirak etmişlər."Qobu Park-3" Lökbatanda istifadəyə verilən "Qobu Park-1” və "Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Məcburi köçkünlər üçün salınan bu yaşayış komplekslərinin yeri əvvəllər baxımsız sahə olub. Burada yaşamaq üçün heç bir sosial infrastruktur mövcud olmayıb. 2018-ci ildə bu ərazidə "Qobu Park-1”, ötən il isə "Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. "Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunmuşdur.

-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2020-ci ildə hər hansı irəliləyişlər gözləmək olarmı?

-Qarabağ bizim sağalmaz yaramızdır.Hamımız səbrsizliklə torpağlarımızın işğaldan azad olunması gününü gözləyirik.Ölkə Başçımız cənab Ali Baş Komandan İlham Əliyevdə bu istiqamətdə böyük addımlar atır. O çalışır ki,danışıqlar yolu ilə torpağlarımızı azad etsin.Hər gün şəhid xəbərləri bizi üzür.Daha çox şəhid verməmək üçün Ali Baş Komandan hələki danışıqlarla bu məsələnin həll olunmağına çalışır. Və O hər dəfə işğalçı ölkənin başçısı ilə görüşlərdə "Qarabağ Azərbaycanındır!" şüarını onların üzlərinə deyir. Necə ki, Soçidə keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında "Qarabağ Azərbaycanındır və Nida işarəsi" bildirmişdir. Və qeyd etmək istəyirəm ki,mən bu çıxışı çox bəyənmişəm. İnşəAllah böyük ümid edirik ki,bu il Ali Baş Komandan torpaqlarımızı işğaldan azad edəcək.

-Mixail Zabelinin seçiciləri ilə ünsiyyəti necə qurulub?

-Seçki qabağı mənim seçicilərimlə görüş dəvətimə 2500 nəfərdən çox seçicim gəlmişdi.Bu çox ciddi bir göstəricidir.Ora gələn hər bir vətəndaş sırf mənimlə görüşüb dərdlərini,problemlərini mənə demək üçün gəlmişdi.Bizdə öz növbəmizdə onların şikayətlərini dinləyərək, qeydə alıb,həll etməyə çalışdıq.Və çox problemlər artıq yoluna qoyuldu.Mənim namizəd olduğum Xətai rayonu ərazisində elə mənzillər var idi ki,zirzəmisi su ilə dolu olduğundan yaşayış üçün insanlara çətinlik yaradırdı,həyətlərdə skamyalar yoxluğu,binalarda liftlərin işləməməsi yaşlı nəsil insanlar üçün ciddi narazıçılığa səbəb olmuşdu.Və biz bu problemləri aiddiyatı qurumlara çatdıraraq həll etdik. Seçicilər arasında işsizlik problemləri ilə üzləşən vətəndaşlarımızı işlə təmin olunmasında yaxından yardımçı olduq.Belə şikayətlə bizə müraciət edən Aprel döyüşlərində iştirak etmiş vətəndaşımızı da 1 həftə içində işlə təmin etdik.

-Seçicilərinizin nə kimi problemi var və bunun həlli üçün hansı addımlar atırsınız?

-Əvvəllər mən sosial şəbəkələrdən istifadə etmirdim,lakin son zamanlarda artıq istifadə etməyə başlamışam.Daha çox vətəndaş artıq sosial şəbəkə üzərindən mənə öz müraciətlərin,şikayətlərin bildirirlər.Bu yaxınlarda bir yaşlı qadın maddi cəhətdən əziyyət çəkdiyini bizə sosial şəbəkə üzərindən bildirdi və biz bu günlərdə onunda problemini həll etməyə çalışdıq.Daha sonra bir fiziki məhdudiyyətli vətəndaş evində çarpayı olmadığını bildirdi və onunda problemini artıq qarşıdakı günlərdə həll edəcəyik. Mən çalışıram ki,bütün seçicilərimi dinləyim və onların problemlərini həll etməyə çalışım.Bəzi şikayətlər var ki, onlar mənim vəzifə hüdudlarımdan kənardadır,lakin onlarıda aiddiyyatı üzrə qurumlarla həll etməyə çalışıram. Bu yaxınlarda 28 may 2020-ildə Xətai rayonunda öz seçicilərimlə görüşə getdim.Karatin rejimi olduğu üçün çox adam yığmasaqda bir çox sakinlərlə görüşdüm.Onların arasında Şəhid Məmmədov Rüfətin anası Məmmədova Gülay xanımda var idi. Sağ olsun vətəndaşlarımız bu gün ki "korona virusla" mübarizə üçün tətbiq olunmuş karantin rejimini anlayışla qarşılayırlar. Seçicilərim mənə cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya necə rəğbət etdiklərini,onların qayğısını,diqqətini öz üzərlərində gördüklərini qeyd etdilər. Öz növbəmdə ehtiyacı olan ailələr üçün aldığım ərzaq yardımını ailələrə payladım. Mən də bir Millət vəkili olaraq cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya xalqa göstərdikləri bu sevgi,qayğı,diqqət,narahatçılıq üçün öz adımdan və seçicilərim adından dərin təşəkkürümü bildirirəm.

Ramilə Sultan

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!