Türkiyə İraqın şimalında PKK-ya qarşı daha bir əməliyyata başlayıb

2020-06-17 09:42:59 / 3569 dəfə oxunub

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Pələng" antiterror əməliyyatına başlayıb.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumata əsasən, Türkiyənin xüsusi təyinatlıları hava əməliyyatı zamanı Haftanin bölgəsinə daxil olublar. Xüsusi təyinatlılar Hərbi Hava Qüvvələrinin, ATAK hərbi helikopterlərinin, sadə və döyüş PUA-larının dəstəyi ilə hərək edirlər.

Bildirilir ki, əməliyyat Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə İraqın şimalında "Pəncə-Qartal" əməliyyatı keçirib, əməliyyat zamanı PKK terrorq ruplaşmasının 81 obyekti məhv edilib.

Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!