Yaqut Qarayeva: “Həftəsonu qapanmasında istədiyimiz nəticəni əldə edə bilmədik”

2020-06-20 11:12:32 / 2290 dəfə oxunub

"Azərbaycanda yoluxma sayının artmasına görə daha iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, qapanma tətbiq edilən son iki gün ərzində məqsədimizə nail ola bilmədik:

"Sərt karantin rejiminin tətbiqində məqsədimiz sosial aktivliyi azaltmaq idi. Lakin təəssüf ki, nəticələr istədiyimiz kimi olmadı. Bu infeksiyaya hər kəs yoluxa bilər, çünki hələlikbu xəstəliyin peyvəndi və spesifik müalicəsiyoxdur.

Bu gün müalicədə tətbiq edilən dərman preparatları digər viruslarla mübarizə çərçivəsində istifadə edilir. Bu dərmanlar bir növ yoxlama məqsədilə xəstələrin müalicəsində istifadə edilir. Həmin preparatlar konkret COVID-19-u müalicə etmir”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!