Bakıda ən çox koronavirusa yoluxma bu 3 rayondadır

2020-06-23 13:00:14 / 4389 dəfə oxunub

Azərbaycanda koronavirusa yoluxanların 52 faizi Bakının payına düşür.

Sabahinfo.az-ın məlumatına görə, Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Xətai, Yasamal və Binəqədi rayonlarında olub. Xətai 12,2 faiz, Yasamal isə 12,2 faiz təşkil edib. Bakıda ən çox yoluxma isə Binəqədi rayonunda - 12,3 faiz olub

Müvafiq olaraq yoluxma faizi Sabunçuda 11.7 faiz, Nəsimidə 11.9 faiz, Suraxanıda 9.2 faiz, Nərimanovda 8.8 faiz, Nizamidə 7.9 faiz, Qaradağda 6 faiz, Xəzər rayonunda 4.3 faiz, Səbaildə 4.2 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!