Leyla Əliyevanın dəstəyilə rəssam tələbə əlil arabasından qurtuldu - VİDEO

2020-06-23 17:17:52 / 4413 dəfə oxunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq, əlil arabasından qurtulub.

Trend-in məlumatına görə, Cavid Həsənlinin xəstəliyi yeddiyaşından başlayıb və orta təhsilini evdə tamamlayıb.

2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə qəbul olunub. Üçüncü kursda oxuyarkən səhhəti ağırlaşıb və təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşib. Əməliyyat üçün tələb olunan böyük məbləği ödəmək imkanında olmayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyilə bir il ərzində Bakıda müxtəlif xəstəxanalarda dörd dəfə əməliyyat olunub və nəhayət, əlil arabasından xilas olub.

Təhsilini davam etdirmək imkanı qazanan Cavid Həsənli artıq məzun olacaq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!