Nazir: “Sahibkarlar üç milyon manata qədər güzəştli kredit götürə bilərlər”

2020-06-30 11:03:35 / 13446 dəfə oxunub

"İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlar üçün yeni platforma təqdim edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu, Elektron Kredit Platformasıdır(e-edf.gov.az).

Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər.

Nazir qeyd edib ki, yeni platformada pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edilir:

"Sahibkarlar üç milyon manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrəgüzəşt 12 ay müəyyən olunub. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq”.


Son xəbərlər
Hava yenidən dəyişir
2020-08-05 14:22:43
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!