İltizam Yusifovdan Polis Gününə TƏBRİK

2020-07-02 11:22:58 / 3757 dəfə oxunub
Bu gün Azərbaycan Polisi Günüdür.
Azərbaycan polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə, mühüm vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir.
Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Bu gün Azərbaycan polisinin sıralarında çoxlu sayda Milli Qəhrəman var. Yüzlərlə polis Vətənin müxtəlif orden və medallarına layiq görülüb.
Azərbaycan polisi daim öz peşəkarlığını artırır, mənəvi-əxlaqi keyfiyyətlərini yüksəldir. Azərbaycan polisi hər zaman asayişin və qanunun keşiyində möhkəm dayanmışdır.
Əziz Polis işçiləri, peşə bayramınız münasibəti ilə sizi təbrik edir, şərəfli və məsul peşənizdə sizə dözüm, prinsipiallıq, cansağlığı və uzun ömür arzulayıram.
Hörmətlə Millət vəkili İltizam Yusifov
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!