PEŞƏ BAYRAMINIZ MÜBARƏK!

2020-07-02 15:00:17 / 6103 dəfə oxunub
Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə yaradılıb. Məqsəd cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək olub. 1998-ci ildən isə iyulun 2-si prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycan polisi ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu inkişaf yolu keçib.

İstər polisin maddi-texniki bazasının yaxşilaşdırılması, istər polisin iş mexanizminin müasir standartlara cavab verməsi İlham Əliyevin adı ilə bağlıdır. Cənab Prezidentin müfaviq qərarları ilə bu gün Azərbaycan polisi daxili təhlükəsizliklə yanaşı terror və beynəlxalq təhlükəsizlik prosesində aktiv iştirak edir.



Daxili İşlər Naziri general polkovnik Vilayət Eyvazovun bu sahəyə rəhbərlik etməsi polisin cəmiyyətdə nüfuzunun daim artmasını şərtləndirib. Vətəndaşlar arasında keçirilən müxtəlif rəy sorğuları da fikrimizi əsaslandıran amildir. Son günlər COVID-19 pandemiyası ilə bağlı bir sıra qərarlar qəbul olunub. Bu ağır günlərdə belə öz vəzifəsini şərəflə həyata keçirən polis əməkdaşlarımız vətəndaşları maarifləndirməklə yanaşı, ehtiyacı olan insanlara öz dəstəyini əsirgəmir. Polisin bu davranışı cəmiyyət tərəfindən böyük rəğbət qazanıb.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!