AzTV-dən koronavirus açıqlaması

2020-07-03 15:12:39 / 3130 dəfə oxunub
AzTV iki əməkdaşının koronavirusdan dünyasını dəyişməsinə görə sosial şəbəkədə televiziya rəhbərliyini dezinfeksiya tədbirlərini görməməkdə qınamasına cavab verib.
Televiziyadan "Sabahinfo.az”ya daxil olan məlumata görə, ard-arda baş verən ölüm hallarından sonra bəzi şəxslər, sosial şəbəkə istifadəçiləri QSC rəhbərliyini qınayıb, dezinfeksiya tədbirləri görməklə bağlı çağırışlar edib.
Açıqlamaya əsasən, Qapalı Səhmdar Cəmiyyətinin həyəti və iş otaqları, studiyalar həftədə ən azı 1-2 dəfə xüsusi maşınlar, aparatlarla dezinfeksiya olunur. Polis əməkdaşları qapıdan QSC ərazisinə daxil olan işçilərin hərarətini ölçür və hərarəti yüksək olan əməkdaşlar dərhal geri qaytarılır. Şirkət daxilində hər kəs maskadan istifadə edir, maarifləndirmə işləri aparılır və s.
Bundan əlavə, QSC-nin nəzdində üç televiziya kanalı fəaliyyət göstərir və onların işini minimal şərtlər daxilində belə təmin etmək üçün kənar çəkilişlər, qonaqların dəvət olunması mütləqdir. Bu səbəbdən hazırda 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başındadır. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı 02.07.2020-ci il tarixli qərarından sonra işçi sayı bir qədər də azaldılıb.
Açıqlamada qeyd edilib ki, şirkət bu mövzu ilə bağlı hansısa quruma və ya idarəyə qarşı "koronavirus ittihamı” irəli sürənləri qərəzli hesab edir.
Xatırladaq ki, AzTV-nin 2 əməkdaşı- Samir Nemətzadə və Etibar Babayev koronavirusdan vəfat edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!