İcra başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri reyd keçirib

2020-07-03 16:59:18 / 3393 dəfə oxunub

İsmayıllının dövlət strukturlarının rəhbərləri küçələrdə reyd keçirib, ictimaiyyətin koronavirus təhlükəsinə dair məsuliyyətini iş başında yoxlayıb. İcra hakimiyyətinin başçısı, prokuror, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus şöbələrin rəhbərləri ticarət obyektlərində satıcı və alıcılarla marifləndirici söhbətlər aparıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah ediblər. Küçə ticarətinə son qoyulması, antisanitariya yaradan halların təkrarlanmaması üçün xəbərdarlıqlar olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tapşırıqlar verilib. Reyd zamanı 2 ticarət obyektinin sahibi qərarların məsuliyyətindən yayındığına görə cərimələnib. Digər bir obyektin fəaliyyəti müvəqqəti dayandırılıb.

Vətəndaşların diqqətinə çatdırılıb ki, karantin rejiminə aid məhdudiyyətlərin bir qismi mərhələli şəkildə yumşaldıldıqdan sonra "COVID-19” infeksiyasına yoluxanların sayı kəskin artıb. İctimai məsuliyyətin monitorinqi və xəbərdarlıqlar məhz vəziyyətin bu cür gedişatından, yoluxmanın İsmayıllıda artan təzahürlərindən irəli gəlir.

Reyddə İsmayıllı şəhərinin icra nümayəndəliyi, bələdiyyəsi və Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin əməkdaşları da iştirak edib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!