Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa müddətdə ödəniləcək

2020-07-03 18:05:10 / 3542 dəfə oxunub

21 iyun tarixindən tətbiq olunan sərt karantində narıncı zonaya aid edilən 8 şəhər və rayonda 190 manat birdəfəlik ödəmələr qısa bir müddətdə hissə-hissə ödəniləcək.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, birdəfəlik ödəmələrlə bağlı qərar qəbul olunub və bu, 8 rayon üzrə tətbiq olunacaq: "Bu ödənişlər qısa bir müddətdə hissə-hissə ödəniləcək, məqsəd odur ki, insanlar kütləvi şəkildə bankomatların qarşısında toplaşmasın. Yenidən karantin rejimi tətbiq olunan ərazilərdə 190 manat birdəfəlik ödəmənin verilməsi məsələsinə gəldikdə isə bu məsələ müzakirə olunacaq və yaxın zamanda bunula bağlı müzakirələrin nəticəsi məlum olacaq".

Şahmar Mövsümov həmçinin bildirib ki, rayonlara gediş-gəliş məsələsinə gəldikdə mövcud sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq qərar belədir ki, bu qadağa bir müddətdə qüvvədə qalsın.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!