Ülvi Quliyev Zöhrab Mnatsakanyanın Xankəndinə səfərini şərh etdi

2020-07-07 17:42:32 / 1882 dəfə oxunub
"Ermənistan hər vəchlə sülh danışıqlarını pozmağa və işğal siyasətini möhkəmləndirməyə çalışır. İstər Ermənistanla Azərbaycanın işğal olunmuş əraziləri arasında yeni yolun çəkilişi olsun, istərsə Paşinyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfəri, istərsə də bu günlərdə Ermənistanın Xarici İşlər nazirinin Xankəndinə reallaşan səfəri olsun. Ermənistan bu təxribatçı hərəkətləri ilə onsuz da kövrək olan danışıqlar prosesini zərbə altında qoyur”.
Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın Xankəndinə səfərini şərh edərkən deyib.
Millət vəkili bildirib ki, Azərbaycan Ermənistanın bütün bu təxribatçı hərkətlərinə baxmayaraq münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olsa da, İrəvan danışıqlar prosesini pozmağa, bölgədə gərginlik yaratmaq istiqamətində davamlı təxribatçı fəaliyyətini davam etdirməkdədir:
"Ermənistan XİN başçısının Xankənidə səfəri və orada separatçı rejimin rəhbərləri ilə görüşməsi bu qəbildən olan hərəkətdir. Bu bir daha sübut edir ki, Ermənistan substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətinin olmadığını və danışıqlar prosesini pozmağa çalışır”.
Millət vəkili əlavə edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoymaq və danışıqlar prosesində konstruktiv mövqe sərgiləməsi üçün beynəlxalq aləmin, xüsusən də münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT MQ həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa İrəvana təcili təzyiq edərək, bu təxribatçı hərəkətlərdən geri çəkilməsinə məcbur etməlidir:
"Əks təqdirdə, Azərbaycanın səbrinin də bir həddi var. Artıq səbr kasası daşmaqdadır. Əgər Ermənistana işğalçılıq siyasətindən əl çəkib, bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması istiqamətində real addımlar atmağa vadar edilməyəcəyi təqdirdə, müharibə alovlana bilər və bu qaçılmazdır. O zaman bütün məsuliyyət Ermənistanın və ATƏT MQ həmsədrlərinin üzərinə düşəcək. Çünki Azərbaycan torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq. Nə qədər gec deyil, beynəlxalq birlik bu istqamətdə təcili təsirli tədbirlər görməli, öz sərt mövqeyini ortaya qoymalıdır. Yoxsa, gec olacaq. Azərbaycan Ordusu öz sözünü deməyə başlayanda Ermənistanın yalvarışları və haray-həşiri nəticə verməyəcək”.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!