Ağdərənin işğalından 27 il ötür

2020-07-07 10:30:45 / 1216 dəfə oxunub

Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümüdür.

Sabahinfo.az xəbər verir ki, rayon 8 avqust 1930-cu ildə təşkil edilib.

10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb.

İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon - Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb.

Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Rayon Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir.

1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Biril boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir.

7 iyul 1993-cü ildə Ağdərə şəhəri və rayonun bir çox kəndləri işğal edilir.

Qeyd edək ki, hazırda keçmiş Ağdərə rayonunun bir neçə kəndi Azərbaycan Respublikasının nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla ərazilərinin çox hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!