Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs həbs olundu - RƏSMİ

2020-07-07 20:01:11 / 1849 dəfə oxunub

Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilən məlumatda belə deyilir.

Bildirilir ki, həmin şəxs - 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!