“Araz Supermarket”dən inzibati protokol yazılması xəbəri ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

2020-07-08 12:00:39 / 1815 dəfə oxunub

"Araz” supermarketlər şəbəkəsi Dövlət Gömrük Komitəsinin tərtib etdiyi inzibati protokol məsələsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

"Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə ƏmirovaOxu.Az-a açıqlamasında bildirib ki, gömrük orqanları tərəfindən Qısa İdxal Bəyannamələrinin olmamasına görə tətbiq olunan inzibati protokol cərimələrinin yazılması qanunvericiliyə uyğun olaraq aparılan normal bir prosesdir:

"Beləprotokollar gün ərzində onlarla şirkətə tətbiq olunur. Qeyd edilən pozuntu halı "Araz” supermarketlər şəbəkəsinin əməkdaşlıq etdiyi Türkiyə fabriklərindən birinə aiddir. Qısa idxal üçün fabrik vaxtında müraciət etmədiyindən 1500 AZN cərimə tətbiq olunub. Həmin məbləği sənədləri gec göndərdiyi üçün fabrik qarşılayacaq”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2 bəndinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda Qısa İdxal Bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

7 iyul, 11:05

Dövlət Gömrük Komitəsi "Araz Supermarket” MMC barədə inzibati protokol tərtib edib.

Reportxəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasəntərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Araz Supermarket” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir.



Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!