Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu: İdarə karantinə alındı

2020-07-08 13:40:35 / 1894 dəfə oxunub

Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, rəis bir neçə gündür xəstəxanada müalicə alır.

Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb.

Qeyd edək ki, Elşad MəmmədovMilli Məclisin deputatı Elman Məmmədovun oğludur.

DeputatOxu.Az-a açıqlamasında məlumatı təsdiq edib:

"Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir”.

Deputat qeyd edib ki, E.Məmmədovla birlikdə yaşamadıqları üçün analiz verməyiblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!