Bakıda polisə hücum etdiyi deyilən şəxslər aşkarlandı - VİDEO

2020-07-08 17:53:56 / 2958 dəfə oxunub

Bəzi xəbər saytlarında bir qrup şəxs tərəfindən polis əməkdaşlarının qanunu tələblərinə əməl etməyən şəxslərlə bağlı yayılan görüntülər tərəfimizdən araşdırılıb.

Bu barədə Miqyas.az-a Bakı şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, həmin şəxslər xüsusi karantin rejim qaydalarına əməl etmədən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan qanunsuz küçə ticarətilə məşğul olublar. Ancaq təəssüf edirik ki, bəzi xəbər saytlarında mahiyyəti ilə uyğun olmayan fakt "polisə hücum” kimi təqdim olunur.

Bununla əlaqədar bildiririk ki, burada polis əməkdaşlarına hər hansı hücum, yaxud müqavimət göstərilməsi iddiaları əsassızdır. Belə ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, mübahisəli vəziyyət yaradıblar. Onların müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiq edən sənəd tələb edildikdə onlar qəsdən polisin tələbinə tabe olmayıblar. Onlar şəxsiyyətlərini müəyyən etmək üçün polis bölməsinə aparılarkən orada olan qardaşların atası polisin fəaliyyətinə maneçilik törətməyə cəhd edib. Belə olduqda, polis əməkdaşları həmin şəxsləri 36-cı Polis bölməsinə apararaq, şəxsiyyətlərini müəyyən edərək, hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454 və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb.


Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!