Daşkəsəndə Böyük Vətən müharibəsi veteranına ərzaq yardımı edildi

2020-07-09 15:17:08 / 3244 dəfə oxunub
İyulun 9-da xeyriyyə aksiyası çərçivəsində Respublika Veteranlar Təşkilatının nümayəndəsi İsmayıl İsmayılov ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev Daşkəsən rayonunda yaşayan İkinci Dünya müharibəsi veteranı 94 yaşlı Əhmədov İdris Kərəm oğlunun evində qonaq olublar, ona ərzaq məhsullarından ibarət sovqat veriblər.
 Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində "Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Böyük Vətən müharibəsi veteranlarına dəstək olmaq məqsədi ilə ərzaq yardımı paylayır.  Veteranla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara əməl etməyin vacibliyi vurğulanıb. Sonda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun məktubu İdris Əhmədova çatdırılıb.


Son xəbərlər
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!