Bəzi ölkələr karantin rejimini uzatmaqda davam edir

2020-07-10 13:13:27 / 3131 dəfə oxunub

Kolumbiya Prezidenti koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejimini avqustun 1-dək uzatmaq qərarı verib.

Trend-in məlumatına görə, bu, ölkədə yoluxma sayının yenidən kəskin artması ilə əlaqədardır.

Qeyd edək ki, təkcə ötən gün Kolumbiyada 5,3 mindən çox yoluxmaq qeydə alınıb. Bu günədək ölkədə 134 minə yaxın şəxx virusa yoluxub, 4 714 nəfər ölüb.

Eyni zamanda Avstraliyanın Viktoriya şəhərinin qubernatoru Daniel Endrüs ştatın ən iri şəhəri Melburnda 6 həftəlik karantin rejiminin tətbiq olunduğunu elan edib. Melburnda son sutkada 191 yeni yoluxma qeydə alınıb.

İspaniyanın Kataloniya muxtar regionunda 210 min əhalisi olan Seqria rayonuna giriş-çıxış bağlanıb. Son bir həftə ərzində bu bölgədə 400 yoluxma qeydə alınıb. Rayondan yalnız zəruri işlə bağlı çıxmağa icaz verilir.

Qazaxıstanın paytaxtı Nur-Sultanın akimi Altay Kulginov ölkədə ii həftəlik karantin rejiminin tətbiq olunmasının zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, ölkədə məhdudiyyətlərin yumşaldılmasının başlamasından sonra koronavirusa yoluxma halları artmağa başlayıb.

Özbəkistanda da sərt karantin rejiminin təkrar tətbiq olunması təklif edilir.

Qeyd olunub ki, ölkədə hər gün 300-350 yoluxma qeydə alınır. Bu rəqəmi azaltmaq üçün sərt karantin rejimi zəruri hesab olunur.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!