Hacıqabulda reydlər davam edir

2020-07-11 14:40:32 / 2001 dəfə oxunub

Koronovirus (COVİD-19) infeksiyasının Hacıqabul rayonu ərazisində  yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Modern.az xəbər verir ki, iyulun 10-da rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ölkədə davam edən karantin rejimi ilə əlaqədar koronovirus infeksiyasının qarşısının alınması üçün şəhər ərazisində ictimai iaşə, ticarət obyektlərində reyd keçirib.

 

Reyd zamanı satıcı və alıcılarla maarifləndirici söhbətlər aparılıb, onlara xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinə, sosial məsafənin qorunmasına və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyə olunub.

 

Reyd zamanı karantin qaydalarını pozan və qoruyucu maskadan istifadə etməyən dörd vətəndaş barəsində inzibati protokol tərtib edilərək cərimə olunub.

 

Mobil qruplar tərəfindən yas mərasimlərin təşkili ilə bağlı sakinlər arasında maarifləndirici söhbətlər aparılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!