"Prezident İlham Əliyevin təşəbbüsü beynəlxalq əməkdaşlığa verilən böyük töfhədir"

2020-07-11 14:55:22 / 4244 dəfə oxunub

İyulun 10-dan etibarən Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının koronavirusa həsr edilmiş xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-də müzakirəsi başlanıb.

Koronavirus dövründə Azərbaycan dövlət başçısı aktiv diplomatiya aparıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının koronavirusla mübarizəyə həsr olunmuş videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.

Mayın 4-də isə yenə Azərbaycan prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizəyə həsr olunmuş onlayn zirvə görüşü keçirilib. Bu toplantıda Prezident İlham Əliyev BMT Baş Assambleyasının eyni məsələnin müzakirəsi üçün dövlət və hökumət başçıları səviyyəsində videokonfrans şəklində xüsusi sessiyanın keçirilməsi təklifini irəli sürüb. Bu təklif Qoşulmama Hərəkatının 120 iştirakçı ölkələri tərəfindən Nyu-Yorkda yekdilliklə dəstəklənib.

İndi isə planetin ən böyük təşkilatının toplantısı keçiriləcək.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi haqqında təşəbbüsü koronavirus pandemiyası ilə mübarzədə beynəlxalq əməkdaşlığa verilən böyük töfhədir:"Təəssüf ki, koronavirus bütün insanların sağlamlığını təhlükə altına atmaqla yanaşı həm də dünyada uzun müddət hiss olunacaq sosial-iqtisadi və humanitar böhrana səbəb oub. Dünya müharibələri ilə müqayisə olunan bu pandemiya ilə mübarizədə qlobal həmrəyliyə böyük ehtiyac var. Məhz buna görə də hər zaman sülhün və dostluq əlaqələrini tərəfdarı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin Baş Katibi Antonio Quterreşə telefonla zəng edib. Prezident İlham Əliyev və Baş Katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə edərək bildiriblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. Heç kəsə sir deyil ki, hələ koronavirus dünyadan yeni yayılmağa başlayan zaman cənab prezidentin verdiyi operativ qərarlar sayəsində bu virusun ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Dünyanı bürüyən bu böhrandan çıxmaq üçün Azərbaycan dövləti həmrəylik nümunəsi göstərərək Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq ianə bağışlamaqla yanaşı 30-dan çox ölkəyə də humanitar yardım göstərib. Müxtəlif sahələrdə regional və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan pandemiya dövründə də yeni formatlarda beynəlxalq təşəbbüskarlığı ilə seçilməkdədir. Aprel və may aylarında Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi imkanlarının Türk Şurası və Qoşulmama Hərəkatı çərçivəsində videokonfrans formatında müzakirə edilməsinin dünya miqyasında böyük rezonans doğurdu. Cənab prezidentin təşəbbüsü ilə təşkil olunan həmin müzakirələr koronavurus pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın genişləndirilməsinə səbəb oldu. Məhz buna görə Qoşulmama Hərəkatına üzv olan dövlətlər Prezident İlham Əliyevin təşəbbüsü yüksək qiymətləndirərək koronavirus pandemiyası ilə mübarizədə qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə edilməsinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının gündəliyinə çıxarılmasını məqsədəuyğun hesab edib".

Deputat qeyd edib ki, Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edilib: "Qərarın qəbul edilməsinə dünyanın 130 dövləti tərəfindən müsbət rəy bildirilməsi problemin aktuallığı ilə yanaşı, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin lider kimi dünyada böyük nüfuza sahib olduğunu bir daha sübut etdi. Cənab prezidentin COVID-19 pandemiyasına qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi təşəbbüsü qlobal həmrəyliyin və əməkdaşlığın yeni imkanların açılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sözügedən təşəbbüsü irəli sürməkdə məqsədi də məhz dünya dövlətlərini ümumi bəlaya qarşı səyləri birləşdirməyə səsləməkdən ibarətdir. Dəfələrlə Azərbaycan Prezidentinin qlobal əhəmiyyətli təşəbbüslərinin beynəlxalq formatlarda müzakirə predmetinə çevrilməsinin, bir sıra hallarda isə xüsusi toplantıların çağrılmasına səbəb olmasının şahidi olmuşuq. Məhz buna görə də Prezident İlham Əliyevin beynəlxalq miqyaslı siyasi lider kimi statusu getdikcə yüksəlir. Onun təşəbbüslərinin, müxtəlif beynəlxalq formatlarda səsləndirdiyi çağırışların mühüm əhəmiyyət kəsb edən beynəlxalq qərarların əsasını təşkil etməsinin davamlı xarakter alması diqqəti cəlb edir. Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzlu lider imici Azərbaycanın diplomatik uğur və nailiyyətlərinin əvəzolunmaz resursudur. Düşnürəm ki, Cənab prezident İlham Əliyevin günü-gündən artan nüfuzu Dağlıq Qarabağ münaqişəsinin tezliklə bizim xeyrimizə həll edilməsinə səbəb olacaq. Bir sözlə cənab prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının Xüsusi Sesiyasının çağrılması ilə bağlı təşəbbüsü amansız COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli şəkildə təşkil edilməsi ilə yanaşı həm də qlobal miqyasda əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsində yeni imkanlar yaradacaq".

Aysel Yusifqızı

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!