"Düşmən layiqli cavabın alıb"

2020-07-13 15:23:37 / 1871 dəfə oxunub
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, iki əsgərimiz şəhid olub,beş əsgərimiz isə yaralanıb.Millət vəkili Əliabbas Salahzadə müxbirimizə bildirib ki,baş verən hadisəyə görə,bütün mısuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: " Bu hücum görünür əvvəlcədən planlaşdırılıb.Amma Azərbaycan ordusu,Azərbaycan sərhədçiləri istənilən vəziyyətə hazır olduğundan işğalçı Ermənistanın planları baş tutmayıb.Ordu birliklərimiz düşmənə layiqli cavab verərək onları geri otuzdurublar.Gələn mılumatlara diqqət etsək görərik ki,düşmən çox ciddi itkilərlə üzləşib.Bu da o deməkdir ki,Ermənistanın indiki rəhbərliyi bir daha Azərbaycan ordusunun nəyə qadir olduöunu görmüş oldu.Əminım ki,Ali Baş Komandanımız cənab İlham Əliyev əmr edərsə,orsumuz İrəvanı belə düşməndən hazır etmə gücündədir".Əliabbas Salahzadə şəhid olan əsgərlərimizə Allahdan rəhmət,qazilərimizə isə şəfa diləyib.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!