COVID-19-dan qorunmağın üç mümkün yolu göstərildi

2020-07-14 09:50:05 / 1493 dəfə oxunub

COVID-19-a yoluxmamaq üç yolla mümkündür.

"Komsomolskaya pravda”nın məlumatına görə, bu barədə rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov bildirib.

Onun sözlərinə görə, bura anadangəlmə immunitet və digərləri tərəfindən mövsümi koronavirusa yoluxma nəticəsində alınan möhkəm immunitet daxildir.

Tibb işçisi COVID-19-dan qorunmağın üçüncü yolu kimi xəstəliyiyüngül formada keçirməni göstərib.

"Kimsə hətta (yoluxduğunun) fərqində olmaz, diqqət eləməz. Məsələn, bir neçə gün öskürdü, bitdi. Bununla belə infeksiya olub və spesifik immunitet qalır”, - deyə Kryuçkov vurğulayıb.

İlk iki halda infeksiya ya ümumiyyətlə orqanizmə daxil olmur, ya da soyuqdəymədən sonra yaranan anticisimlər sayəsində yox edilir.

"Yəni hətta virusa olan "yaddaş” kifayətdir ki, orqanizm infeksiyanı tezliklə məhv eləsin”, - deyə Kryuçkov dəqiqləşdirib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!