"Ermənistanın təcavüzkar siyasəti onun əleyhinə işləyəcək"

2020-07-14 14:19:57 / 2250 dəfə oxunub
"Ermənistan Silahlı Qüvvələrinin Tovuz istiqamətində hiyləgər və məkrli planlara xidmət edən təxribatı Paşinyan komandası ölkədə yaranmış ictimai-siyasi, sosial-iqtisadi böhran nəticəsində yaranmış vəziyyətdən hakimiyyətini xilas edib, ömrünü uzatmağa, eyni zamanda danışıqlar prosesini pozmağa və digər məsələlərə hesablanmış addımlardı".
Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili İltizam Yusifov deyib. Millət vəkili bildirib ki, Azərbaycan ordusu hər zaman olduğu kimi bu dəfə də düşmənin bu təxribatının qarşısını aldı: "Ordumuz erməni təcavüzünün qarşısını layiqincə və qəhrəmancasına alıb, onlara lazımi cavabı verib. Əks-tədbirlər nəticəsində Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirərərk, düşmənin xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv edib. Ordumuz bu döyüşlərdə qurban gedən şəhidlərimizin qisasını alaraq, onların qanını yerdə qoymayıblar. Bununla da Azərbaycan ordusu Ermənistan hakimiyyətinin məkrli planlarını alt-üst edərək, Paşinyan hakimiyyətini çıxılmaz duruma salıb. Birincisi, Paşinyanın daxildəki diqqəti yayındırmaq niyyəti baş tutmayıb. Əksinə vəziyyəti daha da çıxılmaz dalana dirəyib. Tovuzda baş verən təxribat Paşinyan hakimiyyətinə baha başa gələcək. Bu ölkə daxilindəki hakimiyyət uğrunda gedən mübarizədə siyasi qüvvələr arasındakı qarşıdurmanı daha da dərinləşdirəcək. Bu da onun hakimiyyətinin sonun daha da yaxınlaşdıracaq.
Ikincisi, bu gün dünya qlobal pandemiyaya qarşı mübarizə apardığı bir zamanda Ermənistanın təcavüzkar siyasəti onun əleyhinə işləyəcək. Düzdür, Ermənistan bu təxribatı törətməklə məsələni Azərbaycanın üzərinə atmaqla beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək istəyirdi. Ancaq bu niyyəti də baş tutmadı. Ona görə ki, artıq beynəlxalq aləm Ermənistanın yalanlarını, hiyləgərliklərini, məkrli planlarını görür və bunu yaxşı anlayır. Artıq dünya ölkələri ağla qaranı seçməyə başlayıb. Bu gün qlobal pandemiya dövründə dünya ölkələri Azərbaycanın belə bir bəlaya qarşı mübarizədə göstərdiyi əməli fəaliyyəti görür və şahidi olur. Azərbaycan belə bir bəlanın qısa zamanda həlli üçün bütün gücünü və qüdrətini səfərbər edib. Bu istiqamətdə beynəlxalq həmrəyliyin yaranması istiqamətində təşəbbüslərlə çıxış edərək bir sıra konkret addımlar atıb. Koronavirusdan əziyyət çəkən 30-dan artıq ölkəsinə yardımlar edib. Beynəlxalq həmrəylik və əməkdaşlığın yaranması üçün BMT Baş Assambleyasının Xüsusi sessiyanının çağrılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib. Dünyanın üzləşdiyi belə bir çətin və mürəkkəb şəraitdə Prezident cənab İlham Əliyevin yürütdüyü çevik siyasət beynəlxalq aləmdə pandemiyay qarşı öz töhfəsini verməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Bu isə təbii ki, Ermənistanın qısqanclığına səbəb olur. Ona görə də hər cür çirkin və məkrli oyunlara əl ataraq Azərbaycanın nüfuzuna xələl gətirmək üçün bu cür avanturist hərəkətlərə əl atırlar. Ancaq onların bu niyyətləri hər zaman olduğu kimi bu dəfə də öz başlarında çatlayacaq. Artıq dünyanın çoxsaylı ölkələri Tovuzda baş verənlərlə bağlı mövqeyini açıqlayıb və Azərbaycanın haqq mövqeyini dəstəklədiklərini ortaya qoyublar. Bununla da Ermənistan daha pis vəziyyətə düşüb. Ermənistan rəhbərliyi əmin olsun ki, bu siyasət ona rüsvayçılıq, iflas və özünü məhvetmədən başqa bir şey vəd etmir. Ermənistan rəhbərliyi düşünməsin ki, onların törətdiyi əməllər cəzasız qalacaq, törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcək”.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!