"Beynəlxalq ictimaiyyət işğalçılıq siyasətinin qarşısını almalıdır"

2020-07-14 16:45:59 / 1871 dəfə oxunub
"Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə istənilən həmləni dəf etməyə, Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazmağa qadirdir”. Bu fikirləri Dünya və Avropa çempionu, Əməkdar idman ustası, Prezident mükafatçısı, Fövqəladə Hallar Nazirliyinin polkovnik-leytenantı Emil Hacıyev bildirib. O qeyd edib ki, iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin artileriyadan istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozması növbəti təxribat cəhdidir: "Beynəlxalq ictimaiyyət bu faktı birmənalı şəkildə qınamalı, işğalçılıq siyasətinin qarşısını almalıdır. Paşinyan hakimiyyəti müxtəlif yolla cəbhədə təxribatlara əl atmaqla yarıtmaz siyasətinin nəticəsində ölkəsində olan acınacaqlı vəziyyəti ört-basdır etməyə çalışır. Azərbaycanın isə beynəlxalq arenada günbəgün artan nüfuzu, apardığı məqsədyönlü, düzgün siyasəti Paşinyan və onun kimiləri ciddi şəkildə narahat edir. Ona görə də ermənilər hər vəchlə hiylələrə əl atırlar. Bütün hallarda görünən odur ki, daim öz üzərində işləyən, gücünü artıran Azərbaycan Ordusu hər an torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Bizlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Aprel zəfərini təkrarlamağa, ərazi bütövlüyümüzü təmin etməyə hər an hazırıq. Ali Baş Komandanımızın bir əmri yetər! Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirəm!”.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!