Millət vəkili Avropa Parlamentinə müraciət etdi...

2020-07-14 19:05:38 / 1925 dəfə oxunub
Milli Məclisin üzvü, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Avropa Parlamentindəki həmkarı xanım Marina Kalyuranda, Azərbaycan üzrə Avropa Parlamentinin məruzəçisi xanım Jelyana Zovkoya və Ermənistan üzrə məruzəçi Trayan Baseskuya təcili rəsmi Müraciət göndərib.
Müraciətdə iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində erməni hərbi birləşmələri tərəfindən sərhəd qoşunlarımızın mövqelərinin şiddətli atəşə tutulması və sərhəd xidməti aparan hərbiçilərimizin şəhid olması ilə nəticələnən təxribat haqqında Avropa Parlamentinin Cənubi Qafqaz regionu üzrə səlahiyyətli şəxslərinə ətraflı məlumat verilib. Ermənistanın bu addımı Azərbaycan Respublikasına qarşı təcavüz aktı kimi qiymətləndirilib və Ermənistan siyasi və hərbi rəhbərliyinin növbəti dəfə danışıqları pozmaq və status-kvo vəziyyətinin uzanmasına nail olmaq cəhdləri pislənilib.
Müraciətdə həmçinin Ermənistan tərəfindən sərhəd boyu kəndlərimizdə yaşayan mülki əhalinin hədəfə alınması, vətəndaşlarımızın əmlakına ciddi zərər vurulması haqqında məlumat verilib, təcavüzün ağır nəticələr verəcəyi haqqında xəbərdarlıq edilib və hadisələrin bütün neqativ nəticələri üçün Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığı Avropalı siyasətçilərin diqqətinə çatdırılıb.
Millət vəkili qeyd edib ki, Ermənistan tərəfindən vaxtaşırı olaraq törədilən təxribatlara birdəfəlik son qoyulması üçün münaqişənin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan başqa yol yoxdur. Bunun üçün BMT Təhlükəsizlik Şurasının məlum Qətnamələri əsasında erməni hərbi qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz olaraq çıxarılması zəruriliyi vurğulanıb və Avropa Parlamentindən Ermənistanın təcavüzkar hərəkətlərinə müvafiq reaksiya verilməsi tələb olunub.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!