YAP üzv olduğu və əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb

2020-07-14 20:16:25 / 1550 dəfə oxunub
İyulun 14-də Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının videokonfrans formatında iclası keçirilib. İclasda çıxış edən komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, son günlər Ermənistan özünün təcavüzkar siyasətinin növbəti bariz nümunəsi olaraq dövlət sərhəddinin Tovuz istiqamətində təxribat törədib. Belə ki, döyüş mövqelərimiz, eləcə də mülki əhalinin yaşadığı ərazilər iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutulub. Azərbaycanın artan nüfuzu, qüdrəti, ordumuzun gücü, xüsusilə ölkə daxilində vətəndaş həmrəyliyi işğalçı Ermənistanı narahat edir. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu qəbul olunmuş sənədlərdə də öz əksini tapır. Bütün bunlara görə, Ermənistan çıxış yolunu təxribat törətməkdə görür. Azərbaycan Ordusu qarşı tərəfin təxribatına layiqli cavab verib.
Tədbirdə həmçinin komissiyanın üzvlərindən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, YAP Siyasi Şurasının üzvü Asəf Hacıyev, Milli Məclisin deputatı, komissiyanın katibi Elman Nəsirov, Milli Məclisin deputatı Mahir Abbaszadə və YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə və başqaları çıxış edərək son günlər Ermənistan tərəfindən törədilən təxribat əməlləri ilə bağlı fikirlərini bildiriblər.
Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının adından son günlər Azərbaycanla Ermənistanın dövlət sərhəddində erməni tərəfinin törətdiyi təxribat əməlləri ilə bağlı bəyanat qəbul olunub. Bəyanat Yeni Azərbaycan Partiyasının üzv olduğu və əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara, siyasi partiyalara ünvanlanıb.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!