Braziliya Senatına və Deputatlar palatasına məktub ünvanlandı

2020-07-14 21:12:26 / 1428 dəfə oxunub
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədlinin rəhbərlik etdiyi Azərbaycan - Braziliya parlamentlər arası işçi qrupu Braziliya Senatına və Deputatlar palatasına məktub ünvanlayıb.
Məktubda deyilir(qısa məzmun): " 12 iyul 2020- ci il tarixində erməni silahlı qüvvələri Azərbaycan dövlət sərhəd xidmətinin Tovuz rayonu istiqamətindəki mövqelərinə iki dövlət arasındakı atəşkəs rejimini pozaraq hücum etmişdir. Buna cavab olaraq Azərbaycan tərəfi dərhal reaksiya verərək erməni silahlı qüvvələrinin irəliləməsinin qarşısını almağa nail olmuşdur. Azərbaycan bu provokasiyanın qarşısını almaq üçün müvafiq addım atmış, ərazidəki gərginliyi azaltmaqla bağlı tədbir görmüşdür. Lakin bunun əksi olaraq Ermənistan aqressiyanı daha da artırmış, məqsədli şəkildə sivil insanları hədəfə almışdır. Ermənistan tərəfindən atılan bu kimi hərbi addımlar özünün üzv olduğu hərbi siyasi təşkilatların diqqətini Azərbaycan Ermənistan münaqişəsinə yönəltmək, həmçinin Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdan ibarətdir. Ermənistanın 30 ilə yaxın yürütdüyü aqressiya və provokasiyalar onların üzv olduğu hərbi siyasi təşkilatların hüquqi sənədlərinə ziddir. Qeyd edək ki, Ermənistan BMT-nin Təhlükəsizlik şurasının qətnamələrini və digər beynəlxalq hüquqi öhdəlikləri pozaraq Azərbaycan torpaqlarını işğal etmişdir. Bildirək ki, BMT-nin qəbul etdiyi 4 qətnamə (822, 853,874,884) erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz geri çəkilməsini tələb edir. Son günlərdə yaşanan bu hadisələr bir daha sübut edir ki, rəsmi İrəvan iki ölkə arasındakı konfliktin danışıqlar yolu ilə həll olunmasında maraqlı deyil.
Digər önəmli fakt ondan ibarətdir ki, Ermənistanın bu hərəkəti Beynəlxalq aləmin Covid 19 virusu ilə apardığı mübarizə dövrünə təsadüf edir. Bu da onu sübut edir ki, BMT- nin baş katibinin pandemiya dövründə qlobal atəşkəs rejiminin pozulmaması ilə bağlı irəli sürdüyü təşəbbüsə Ermənistanın dəstəyi riaykarlıqdır".
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!