Ürəyimiz Tovuzla döyünür!

2020-07-15 17:16:46 / 5881 dəfə oxunub
Erməni daşnaqları Tovuz rayonunda öz çirkin planlarını həyata keçirmək üçün Azərbaycan Silahli Qüvvələrinin həmin ərazdə olan bölmələrini və sadə kənd camaatını iri çaplı plamyotlardan atəş açıb. Nəticədə Azərbaycan ordusunun yuksək çinli zabitləri və sadə kənd vətəndaşları qətilə yetirilmişdir. Onu da qeyd edək ki, düşmən tərəfi itkiləri barəsində heç bir rəsmi məlumat yoxdu.

Yayılmış qeyri-rəsmi məlumatlara görə itkilər o qədər çoxdur ki, düşmən tərəfi bunu açıqlamır. Artıq erməni tərəfinin belə addım atması daxili narazılıqlara gətirib çıxardıb. Əsgər anaları Paşinyandan bunun hesabın isdəyilər. Bu günə olan məlumata görə erməni zabitləri cəbhə bölgəsini tərk edilər, müharibə ərazisini tərk ediblər. Müdafiə Nazirliyinin yazdığı rəsmi məlumata əsasən ermənilərin bir sıra hərbi texnikaları dəqiq açılan atəş nəticəsində məhv edilib. Artıq cəbhəyanı kəndlər də boşaldılır.

Belə bir həssas məqamda dünya birliyi, xüsusə Pakisdan Türkiyə və bir sıra ölkələr Azərbaycana dəstəyini ifadə edib. Ermənistanın üzvü olduğu KTMT-da Paşinyana gözlədiyi dəsdəyi vermədi. Azərbaycan bütün sahələrdə düşməndən qat-qat üsdündür. Artıq Azərbaycan vətəndaşı uzun illərdən bəri Dağlıq Qarabağ həsrətinə son qoymaq istəyir. Ötən gecə Bakıda "Orduya dəsdək” aksiyası keçirildi 10000-lərlə insan Paytaxt küçələrində həmrəy olub Qarabağ şuarı səsləndirdilər. Facebook sosial şəbəkəsinin Ermənistandan olan istifadəçiləri aksiyanın şəkillərini paylaşaraq həyəcanlarını gizlətməyiblər. Bütün bunların fonunda onu deyək ki, müharibədə əsas silah psixoloji durumdur. Bu durum ölkəmizdə güclüdür. Hamı, kimliyindən asılı olmayaraq hər bir vətəndaşımızın qəlbi Tovuzla döyüşür. Allah Azərbaycan əsgərini qorusun! İnşallah bu Ordu bizə qələbə sevincini bəxş edəcək.

 Həziyeva Elnarə


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!