Adil Əliyev döyüş bölgəsində

2020-07-15 18:24:20 / 1326 dəfə oxunub

"Azərbaycan Prezidenti, cənab Ali Baş Komandana və onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya eşq olsun. Onlar Tovuzda təmas xəttində döyüşlər getdiyi ilk gündən bu hadisələri yaxından izləyiblər, xalqımızın yanında olublar”. Bunu Tovuzun Ağdam kəndinə gələn Mİlli Məclis sədrinin müavini Adil Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan bir neçə istiqamətdə savaş aparır.

 

"Dövlət koronavirusla mübarizə aparsın, yoxsa içərimizdə olan viruslarla savaş aparsın?”, - deyə o əlavə edib. Vitse-spikerin sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlara layiqli cavablar verib.

 

O, həmçinin, Tovuzun Ağdam kəndinin sakinlərinə minnətdarlıq edib. Deyib ki, kənd sakinləri evlərini tərk etməyiblər: "Bu bölgənin camaatı qəhrəman və qorxmaz camaatdır. Ona görə bura qürur hissi ilə gəlmişəm. Sakinlər bir dəqiqə belə olsun düşünmədilər ki, yaşadıqları kəndi tərk etsinlər. Bu münasibət bir daha 2016-cı il Aprel döyüşlərindəki əzmkarlığı təkrarladı. Təəssüratlarım çox yüksəkdir”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!