Koronavirusun qarşısı almaq üçün istifadə olunacaq dərmanlar açıqlandı

2020-07-21 10:07:08 / 1444 dəfə oxunub

Koronavirus infeksiyasına yoluxmaqdan qorunmaq üçün yeni dərman sinfi ərsəyə gətirilib.

Bunu Rusiyada tanınmış mütəxəssis, Moskvadakı xəstəxanalardan birinin baş həkimi Aleksandr Myasnikov özünün "Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, orqanizmi yeni koronavirusdan qorumağın açarı - monoklonal anticismlərdədir və peyvənd hazır olana qədər bu vasitədən istifadə etmək mümkündür:

"Bu, (dərmanlar-red) etibarlı və təhlükəsiz peyvənd alınana qədər risk faktorları olan qruplarda COVID-19-un qarşısını almağa xidmət edəcək”.

Həkim görülən bu işlərin çox perspektivli olduğunu deyib:

"Bu anticismlər sayəsində mütəxəssislər müəyyən bir virusa qarşı çox güclü və olduqca xüsusi bir silaha sahibdirlər”.

Myasnikov bu dərmanların adı ilə ayırd etməyin asan olduğunu vurğulayıb: Onların hamısı "-mab”la bitir -"Tozilisumab”, "Ramizisumab”, "Amisizumab” və sair.

Baş həkimin sözlərinə görə, bu cür dərmanlar çox bahalı olsa da, effektivdir.

Bununla belə, o, bu dərmanların xəstəliyin ağır gedişinin qarşısını almaq üçün yalnız risk altında olan insanlar tərəfindən istifadə edilməli olduğunu vurğulayıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!