Hacıqabulda koronavirus xəstəsi yaşadığı yeri icazəsiz tərk etdi - VİDEO

2020-07-29 10:23:10 / 2685 dəfə oxunub

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon Mərkəzi Xəstəxanasınınhəkim briqadasının keçirdikləri reydlər zamanı koronavirusa yoluxmuş şəxsin evi qanunsuz olaraq tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları və həkimlər tərəfindən keçirilmiş reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış şəhər sakini Xaqani Cəfərov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edib.

X.Cəfərovun şəhər ərazisində olduğu yer müəyyən edilib və dərhal təcili tibbi yardım avtomobilinə mindirilərək, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Son xəbərlər
Hava yenidən dəyişir
2020-08-05 14:22:43
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!