Los Anceles meri Azərbaycan icmasının üzvlərinə qarşı hücumları pisləyib

2020-07-30 10:01:57 / 3700 dəfə oxunub

Los Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Sabahinfo.az-a verilən məlumata görə, sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los Ancelesdə yolverilməz olduğunu vurğulayıb.

E.Qarsetti Los Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.


Son xəbərlər
Hava yenidən dəyişir
2020-08-05 14:22:43
Deputatdan bayram təbriki
2020-07-30 20:19:16
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!